Türkiyə - Paraqvay matçında qalmaqal: Yeni qayda ilk dəfə tətbiq olundu - VİDEO

Türkiyə - Paraqvay matçında qalmaqal: Yeni qayda ilk dəfə tətbiq olundu - VİDEOParaqvay millisinin futbolçusu Migel Almiron mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə meydandan qovulan ilk oyunçu kimi futbol tarixinə düşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə yığmasına qarşı keçirilən görüşün birinci hissəsinin sonlarında paraqvaylı İsidro Pittanın qazona yıxılmasından sonra komanda üzvləri arasında qarşıdurma yaranıb.

Məhz bu zaman Almiron ağzını əli ilə örtərək türkiyəli futbolçu Mert Müldürə nəsə deyib. Onun meydandan qovulması qərarı yalnız videoköməkçi hakimin (VAR) müdaxiləsindən sonra qəbul edilib.

Xatırladaq ki, dünya çempionatı başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyası (FIFA) qaydalarda bir sıra ciddi dəyişikliklər edib. Yeni qaydalara əsasən, ağzını əli, çiyni və ya forması ilə örtən istənilən futbolçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər danışığın məzmununu telekameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, matç Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətdən sonra Türkiyə millisi pley-off şanslarını itirib.

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirdə tarix ərzində ilk dəfə olaraq 48 komanda iştirak edir.

.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 184   Tarix: 20 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Amerikalıların təxminən üçdə ikisi Trampın İranla müharibədəki addımlarını bəyənmir

ABŞ vətəndaşlarının təqribən 65 %-i ölkə Prezidenti Donald Trampın İranla müharibənin gedişatındakı addımlarını bəyənmir. "Report"un "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu "Associated Press-NORC" İctimai İşlər üzrə Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş yeni sorğunu

20 iyun
.

Bakı-Sumqayıt qatarı XARAB OLDU? - Qurumdan AÇIQLAMA

Bakıdan Pirşağıya gedən sürət qatarının xarab olması məsələsinə aydınlıq gətirilib. Bu barədə -ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. "Texniki məsələ ilə əlaqədar Bakı-Sumqayıt qatarı 12 dəqiqə gecikmə ilə yola düşüb", - məlumatd

19 iyun
.

Bakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxundu

Bakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumata görə, Bak

19 iyun
.

KİV: İran-ABŞ danışıqları gözlənilir - Əraqçı da İsveçrəyə yollanır

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq məqsədilə İsveçrəyə səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "Axios" nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb. Bununla belə, Ravidi məlumatlandıra

20 iyun
.

Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Mərdanov qardaşları küçəsində, 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında sürücülər üçün problem yaradan yol nişanlanmasından bəhs olunub. Bildirilib ki, Mirqasımov küçəsinə yaxın hissədə mövcud üfüqi xətlənm

19 iyun
.

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Boliviya Prezidenti Rodriqo Pas ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. xəbər verir ki, bu barədə ölkə rəhbərinin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb. 50 gündür ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan irimiqyaslı nümayişlər və yolların bloklanması səbəbindən bel

20 iyun
.

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtda 19:17-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 6 km olub

19 iyun
.

Şəkidə kəndi su basdı - Sakinlər köçürüləcək

Şin və Kiş çaylarına gələn güclü sel suları Şəkinin Qudula kəndində bir sıra fəsadlar yaradıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aramsız yağışlar rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsini bir neçə dəfə artırıb. Bu səbəbdən dağıdıcılığı ilə fərqlənən Şin və Kiş çaylarında da sel-sula

20 iyun
.

Fransada təyyarə qəzaya uğradı: Ölənlər var

Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesin

20 iyun