Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏBəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir

Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi. Bu fonda toy mərasimləri ilə bağlı müzakirələrin aktuallaşması təsadüfi deyil. Xüsusilə spirtli içkilərin yaratdığı xoşagəlməz hallar və dava-dalaşlar ictimai narazılığı artıran əsas amillərdən biri kimi önə çıxır.

Lakin toy məclislərində spirtli içkilərin tam qadağan olunması məsələsinə birmənalı yanaşmaq çətindir. Problem yalnız içkinin mövcudluğunda deyil, ümumilikdə davranış mədəniyyəti, sosial təzyiq və nəzarət mexanizmlərinin zəifliyindədir. Bu baxımdan, radikal qadağalar əvəzinə mərhələli və balanslı yanaşma daha effektiv görünür.

Məsələn, spirtli içkilərin təqdimatına məhdudiyyətlərin tətbiqi, məclislərin daha sivil formatda təşkili, restoran və şadlıq evlərində nəzarətin gücləndirilməsi kimi addımlar real nəticə verə bilər. Paralel olaraq, cəmiyyətdə "toy = israf və sərbəst davranış" stereotipinin dəyişməsi də vacib şərtlərdən biridir.

Digər tərəfdən, artıq bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, alternativ yanaşmalar tədricən qəbul olunur. Bu isə gələcəkdə daha geniş sosial transformasiyanın mümkünlüyündən xəbər verir.

Toy mərasimlərində spirtli içkilərin məhdudlaşdırılması dava-dalaşların azalmasına müəyyən təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsi olarsa effektiv olar. Əsas məsələ cəmiyyətin mərasim mədəniyyətinin daha məsuliyyətli və müasir formaya keçid etməsidir.

Bəs toylarda spirtli içkilərin təqdim olunmasının ləğvi mümkündürmü? Yaxud bu sahədə müəyyən məhdudiyyət və ya normativ qaydaların tətbiqi real görünürmü?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a danışıb. Deputat deyib ki, ümumiyyətlə, Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Yəni hazırda nə yas mərasimləri, nə də toyların təşkili qanunvericiliklə tənzimlənir. Bu sahə ilə bağlı xüsusi qanun mövcud deyil və belə bir məsələ də hazırda gündəmdə deyil: "Spirtli içkilərlə bağlı məsələyə gəldikdə isə kiçik bir statistika aparsaq görərik ki, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin mütləq əksəriyyətinin kökündə məhz bu amil dayanır. Söhbət ailədaxili münaqişələrdən, yol-nəqliyyat hadisələrindən, insanlar arasında baş verən müxtəlif qarşıdurmalardan gedir. Gün ərzində xəbərləri izlədikdə də görürük ki, bu cür hadisələrin böyük hissəsinin əsas səbəblərindən biri spirtli içki istifadəsidir.

Yəni istər qəzaların, istər müxtəlif münaqişələrin, istərsə də ailədaxili problemlərin kökündə əksər hallarda insanların spirtli içki qəbul etdikdən sonra törətdikləri hərəkətlər dayanır. Bu problem özünü kifayət qədər ciddi şəkildə göstərir.

Ona görə də hesab edirəm ki, gələcəkdə bu sahədə müəyyən tənzimləmələrin həyata keçirilməsinə ehtiyac yarana bilər. Çünki faktiki olaraq spirtli içkilərdən kütləvi və nəzarətsiz istifadə cəmiyyətdə ciddi problemlərə səbəb olur. Amma qeyd etdiyim kimi, bunun tənzimlənməsi tamamilə fərqli məsələdir. Bunun üçün siyasi qərar verilməli, geniş araşdırmalar aparılmalı və ictimai müzakirələr təşkil olunmalıdır".

Deputat deyib ki, əgər insanların spirtli içki qəbul etdikdən sonra bu qədər cinayət törətdiyini, yol qəzalarına səbəb olduğunu görürüksə, deməli, məsələyə fərqli yanaşmalar ortaya qoyulmalı və bu cür halların qarşısının alınması üçün daha təsirli mexanizmlər üzərində düşünülməlidir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov toylarla bağlı qadağaların tərəfdarı olmadığını deyir: "Azərbaycanın toy adət-ənənələri, sözsüz ki, əsrlər boyu formalaşıb və milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Burada söhbət yalnız zahiri və vizual mədəniyyətdən getmir. Toy ənənələri eyni zamanda xalqımızın mənəvi, ruhi, dini və məişət həyatını, davranış qaydalarını, ailə dəyərlərini və yaşam tərzini özündə əks etdirən mürəkkəb bir sosial-mədəni institutdur.

Bəli, son illərdə toy məclisləri həddindən artıq dəbdəbəli, bəzən hətta krallara məxsus bir səviyyədə təşkil olunur. Lakin nə dövlət, nə də cəmiyyət kiməsə diktə edə bilməz ki, toyunda hansı yeməyi təqdim etsin, hansı etməsin və ya toyunu hansı formada keçirsin, yaxud keçirməsin.

Aydın məsələdir ki, müəyyən ümumi standartlar mövcuddur və həmin standartlardan kənara çıxmaq olmaz. Toyların gigiyenik şəraiti, qida təhlükəsizliyi, ictimai asayiş və insanların davranış qaydalarına əməl etməsi baxımından həm şadlıq sarayları, həm toy təşkilatçıları, həm də məclisi sifariş edən ailələr məsuliyyət daşıyırlar".

Müsahibimizin sözlərinə görə, toy məclislərində bu və ya digər yeməyin, yaxud spirtli içkinin təqdim olunub-olunmaması məsələsi kifayət qədər mübahisəli mövzudur: "Biz dünyəvi dövlətik və Avropa dövlətçilik fəlsəfəsinə uyğun olaraq vətəndaşlara geniş liberal azadlıqlar təqdim etmişik. Təəssüf ki, bəzi hallarda insanlar bu azadlıqlardan sui-istifadə edir, bəzən isə bilərəkdən və ya bilməyərəkdən qanunları və ictimai davranış normalarını pozurlar. Əslində keçmişdə Azərbaycan toylarında spirtli içkilər geniş yayılmamışdı. İçki məclisləri ayrıca təşkil olunur, bəzən xüsusi mağarlarda keçirilirdi. Hətta bəzi bölgələrdə içki içənlərlə içməyənlərin məclisləri ayrılırdı. Son illərdə, xüsusilə müstəqillik dövründən sonra isə bu ənənələr tədricən aradan qalxıb və bəzi hallarda toylar həddindən artıq israfçılığa və alkoqol istehlakına əsaslanan məclislərə çevrilib.

Əvvəllər mövcud olan mağar mərasimləri, qadın və kişi məclisləri, xınayaxdı, paltarkəsdi, nişan kimi ayrı-ayrı mərasimlər zamanla bir məkanda birləşdirildi. Bu gün əksər hallarda bütün mərasimlər vahid toy məclisi çərçivəsində keçirilir. Nəticədə qadınlar, kişilər, uşaqlar, yaşlılar və gənclər eyni zalda toplaşır, çox zaman qarışıq masalarda əyləşirlər. Həmin süfrələrdə müxtəlif yeməklər, salatlar, şirniyyatlar, eləcə də alkoqollu və alkoqolsuz içkilər təqdim olunur".

Aydın Xan Əbilov deyib ki, spirtli içki təqdim olunsa da, olunmasa da, bir çox dava-dalaşların kökündə insanların davranış mədəniyyəti, ictimai yerlərdə özünü aparmaq bacarığı və ümumi əxlaq məsələləri dayanır: "Bununla belə, alkoqol həmin problemləri daha da dərinləşdirən amilə çevrilir. Xüsusilə şəxsi və ya ailə problemlərini içki vasitəsilə unutmağa çalışan insanlar zamanla həm ətrafdakılar, həm də bütövlükdə cəmiyyət üçün problem yaradırlar.

Mən dünyəvi düşüncəli bir insan kimi spirtli içki qəbul edən insanların da hüquqlarını tanıyıram və hesab etmirəm ki, toylarda spirtli içkilərin qadağan olunması problemləri tamamilə aradan qaldıra bilər. Hətta buna ehtiyac da yoxdur. Tarix göstərir ki, qadağalar hər zaman gözlənilən nəticəni vermir. Məsələn, ABŞ-də 1930-cu illərdə tətbiq olunan "quru qanun" dövründə qeyri-qanuni içki ticarəti, mafioz qruplar və kölgə iqtisadiyyatı daha da gücləndi. Azərbaycanda da oxşar addım atılarsa, müəyyən problemlərin yaranması istisna deyil.

Toy biznesi Azərbaycanın xidmət və əyləncə sektorunun ən böyük sahələrindən biridir. Müxtəlif hesablamalara görə, bir milyondan çox insan dolayısı və ya birbaşa şəkildə bu sahədən gəlir əldə edir. Buna görə də hər hansı qadağa və ya sərt məhdudiyyət tətbiq edilərkən onun sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Onsuz da ölkədə və dünyada işsizlik problemi kifayət qədər aktualdır. Məncə, qadağalar əvəzinə müəyyən məhdudiyyətlər tətbiq etmək daha məqsədəuyğun olardı. Məsələn, süfrələrdə təqdim olunan spirtli içkilərin sayı azaldıla bilər. İçki təqdim olunan hissələr restoranın ayrıca bölməsində və ya ayrıca zalda təşkil oluna bilər. Bundan əlavə, həddindən artıq spirtli içki qəbul edən şəxslərə nəzarət etmək üçün şadlıq saraylarında xüsusi təhlükəsizlik əməkdaşları fəaliyyət göstərməlidir. Belə hallar aşkar edildikdə, həmin şəxslər məclisdən uzaqlaşdırılmalı, zərurət yaranarsa hüquq-mühafizə orqanları məlumatlandırılmalıdır. Bu cür tədbirlər dava-dalaşların və xoşagəlməz hadisələrin qarşısının alınmasına kömək edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 168   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU...

"Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024-2025-ci tədris ili ərzində məktəbləri

21 iyun
.

Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR

Bu ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 88 178 nəfər olub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 480 601 nəfərini aylıq sosial müavinət, 407 577 nəfərini isə təqaüd alanla

21 iyun
.

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir. Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi

21 iyun
.

KİV: ABŞ-nin dövlət katibi Yaxın Şərqə səfər edəcək

ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb. Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:. "Mark

20 iyun
.

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsi

21 iyun
.

Hava KƏSKİN DƏYİŞƏCƏK: Temperatur enəcək - BU TARİXƏDƏK

Azərbaycanda yaxın günlərdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 20-si günün ikinci yarısından etibarən dağlıq və dağətəyi rayonlarda, iyunun 21-dən 25-dək isə ölkənin bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir. Sinoptiklər xəbərdarlı

20 iyun
.

PENSİYA YAŞINDA DƏYİŞİKLİK... - "Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər"

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bununla da qadınlar üçün müəyyən edilmiş yaş həddi 64 il 6 aydan 65 yaşa çatdırılacaq və ilk dəfə olaraq qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək. Dəyişiklik "Əmək pensiyaları haqqında" Qanuna əsasə

21 iyun
.

ABŞ və Qətər İranın dondurulmuş aktivlərindən istifadəsini müzakirə edir

ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə mexanizmi üzərində işləyir. xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" (WSJ) nəşri mənbələrinə əsaslanaraq yayıb. Məlumata əsasən, ilk mərhələdə rəsmi Tehranın Qətər banklarındak

20 iyun
.

"Azərbaycanda 200 tələbə vəfat edib" məsələsinə RƏSMİ REAKSİYA

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində yer almış 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiy

20 iyun