Azərbaycanda abortların sayı ilk dəfə 95 mini keçdi - SƏBƏBLƏR

Azərbaycanda abortların sayı ilk dəfə 95 mini keçdi - SƏBƏBLƏRAzərbaycanda abortların sayı rekord həddə çatıb. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə 95 117 abort qeydə alınıb. Abortların 3 178-i 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupundadır.

Abort etdirənlərin 27 498-i 30-34 yaş, 26 329-u 25-29 yaş, 22 811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub. Əvvəlki illərə nəzər salsaq, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə 73 816, 2024-cü ildə isə 78 245 olub.

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, abortların sayının artması ciddi təhlil olunur və fəaliyyət planlarında xüsusi nəzərə alınır: "Abortların ailə planlaşdırılması üsulu kimi istifadəsinin qarşısının alınması, ana ölümünün azaldılması və doğulacaq uşaqların sağlamlığının qorunması məqsədilə kompleks maarifləndirmə mexanizmləri icra olunur. Bu sahə bir tərəfdən tibbi xidmətlərin yaxşılaşdırılması ilə inkişaf etsə də, digər tərəfdən regional və mədəni stereotiplər səbəbindən müəyyən maneələrlə qarşılaşır. Ölkədə cinsi və reproduktiv sağlamlıq sahəsində əsasən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ailə Planlaşdırılması Məsləhətxanaları fərdlərə hamiləliklərarası intervalın gözlənilməsi və arzuolunmaz hamiləliklərdən qorunma barədə məsləhətlər verir".

Komitə rəsmisi bildirir ki, ölkədə cinsi və reproduktiv sağlamlıq sahəsində irəliləyişlər olsa da, əhatə dairəsi balanslı deyil: "Paytaxt Bakı ilə regionlar arasında kəskin fərq var. Regionlarda cinsi maarifləndirmə mövzusu hələ də "tabu" olaraq qalır. Azərbaycanda rəsmi abortların sayı hələ də yüksəkdir və onların əhəmiyyətli hissəsi kontrasepsiya barədə məlumatsızlıqdan və ya gender stereotiplərindən qaynaqlanır. Həmçinin müasir və ənənəvi kontraseptiv vasitələrdən istifadə faizi digər Şərqi Avropa ölkələri ilə müqayisədə aşağıdır".

R.Mahmudovun sözlərinə görə, ailə planlaşdırılması sahəsində ən vacib addımlardan biri müasir kontraseptiv üsullara və vasitələrə əlçatanlığın təmin edilməsidir: "Sosial baxımdan həssas, aztəminatlı ailələrin və gənc anaların dövlət qadın məsləhətxanaları və ailə planlaşdırılması mərkəzləri tərəfindən pulsuz və ya güzəştli şərtlərlə kontraseptiv vasitələrlə təmin edilməsi mexanizmləri gücləndirilməlidir. Hazırda Azərbaycanda kontraseptiv vasitələr dövlət tərəfindən icbari tibbi sığorta zərfinə tam və kütləvi şəkildə daxil edilməyib. Beynəlxalq təcrübədən istifadə edərək, ölkəmizdə də bu mexanizmlərin tətbiq edilməsi mümkündür".

Uzman ginekoloq Zivər Eldarova bildirir ki, planlaşdırılmamış hamiləliklərin əsas səbəbləri reproduktiv sağlamlıqla bağlı məlumat çatışmazlığı, kontrasepsiya üsullarından istifadə edilməməsi və ya onların düzgün tətbiq olunmamasıdır. Onun sözlərinə görə, bəzi hallarda "risk yoxdur" düşüncəsi, cinsi sağlamlıqla bağlı yanlış inanclar və qeyri-dəqiq məlumatlar da planlaşdırılmamış hamiləliklərin yaranmasında mühüm rol oynayır: "Digər vacib faktor isə ailə daxilində bu mövzuların açıq müzakirə olunmamasıdır. Valideyn-övlad münasibətlərində etibar və açıq kommunikasiya olmadıqda gənclər çox zaman düzgün məlumatı vaxtında əldə edə bilmir və alternativ, etibarsız mənbələrə yönəlir. Ümumi məlumatlılıq artsa da, kontrasepsiya və reproduktiv sağlamlıqla bağlı biliklərin böyük hissəsi elmi mənbələrdən deyil, sosial mühit və internetdən formalaşır. Bu isə yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olur. Xüsusilə gənclər bu baxımdan həssas qrupdur. Ailə daxilində etibarlı, açıq və mühakiməsiz ünsiyyət mühiti formalaşdırmaq xüsusi əhəmiyyət daşıyır".

Ginekoloqun sözlərinə görə, abort qərarı çoxfaktorlu məsələdir, yalnız tibbi və ya sosial səbəblərlə izah olunmur. Onun fikrincə, tibbi səbəblərə dölün ağır inkişaf qüsurları, genetik patologiyalar və ananın sağlamlığı üçün risk yaradan hallar daxildir. Sosial səbəblər isə əsasən iqtisadi çətinliklər, planlaşdırılmamış hamiləlik, ailə və münasibət problemləri, eləcə də sosial dəstəyin zəifliyi ilə bağlıdır: "Səhiyyə sistemində əsas boşluqlardan biri ailə planlaması xidmətlərinin bütün reproduktiv yaş qrupuna sistemli şəkildə çatdırılmamasıdır. Bir çox insan bu məlumatı yalnız hamiləlik yarandıqdan sonra əldə edir. Digər mühüm problem kontrasepsiya xidmətlərinin əlçatanlığı və maarifləndirmənin yalnız qadın üzərində fokuslanmasıdır. Ailə planlaması həm qadının, həm də kişinin ortaq məsuliyyətidir".

Ginekoloq bildirir ki, abortların azalması üçün maarifləndirmə ilə yanaşı kontrasepsiyaya əlçatanlıq, keyfiyyətli reproduktiv sağlamlıq xidmətləri və sosial dəstək mexanizmləri də paralel şəkildə gücləndirilməlidir: "Beynəlxalq təcrübə göstərir ki, elmi əsaslı cinsi maarifləndirmə proqramları planlaşdırılmamış hamiləliklərin və dolayısı ilə abort göstəricilərinin azalmasına müsbət təsir göstərir, lakin bu nəticə yalnız kompleks yanaşma ilə mümkündür. Abort göstəriciləri təkcə tibbi statistika deyil, həm də cəmiyyətin reproduktiv sağlamlıq savadlılığını və sosial rifah səviyyəsini əks etdirən mühüm göstəricidir. Məqsəd abortu müzakirə etmək yox, planlaşdırılmamış hamiləliklərin qarşısını almaqdır. Çünki hər abort əslində vaxtında verilməmiş bir qərarın, gecikmiş bir məlumatın və ya əlçatmaz bir xidmətin nəticəsi ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 301   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr