Xəzər dənizi sürətlə dayazlaşır- Aralın taleyini yaşayacaq?
Xəzər dənizi yaxın 5-10 il ərzində sürətlə dayazlaşaraq kiçiləcək. Tədqiqatçılar onun quruyan və iki hissəyə bölünən Aral dənizinin taleyini təkrarlayacağından ehtiyat edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" məlumat yayıb. Bildirilib ki, son illər Xəzər dənizində suyun səviyyəsinin azalması istiqamətində davamlı tendensiya müşahidə olunur. Son 20 il ərzində dənizin sahildən 15-20 metr geri çəkildiyi Azərbaycanda və sahil xəttinin 35 kilometr azaldığı Qazaxıstanda ciddi dəyişikliklər qeydə alınır. Analoji vəziyyət Türkmənistan və İranda da yaşanır. Buna görə həyəcan təbili çalan alimlər növbəti onillikdə də bu prosesin davam edəcəyini vurğulayırlar. Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun aparıcı əməkdaşı Pyotr Buxaritsinin sözlərinə görə, artıq yaxın illərdə dəniz səviyyəsi 31 metrə qədər enəcək. Bu tendensiya Xəzər dənizinə çıxışı olan ölkə və regionlarda ciddi iqtisadi, o cümlədən turizm və balıqçılıqla bağlı problemlərə səbəb ola bilər. Prosesin fəsadları artıq Dağıstanda da hiss olunur. Belə ki, "birinci xətt"də yerləşən hotel sahibləri obyektlərinin artıq dəniz kənarında olmadığını bildirirlər.
Mütəxəssislər həmçinin Xəzərin 1960-cı illərdə qurumağa başlayan və sonradan iki hissəyə ayrılan Aral dənizinin aqibətini yaşaya biləcəyinə getdikcə daha çox diqqət çəkirlər. Bir vaxtlar dünyanın ən böyük göllərindən biri olan bu su hövzəsinin səviyyəsi sonradan azalmağa başlayıbr. Problemin başlıca səbəbi isə insan fəaliyyətidir. Hazırda Aral dənizinin bir hissəsi tamamilə yoxa çıxıb, digər qismi isə kəskin şəkildə dayazlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 322 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabr