AZAL donanmasına 4-cü müasir "Airbus A320neo"nu əlavə edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.
Bu barədə Sonxeber.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "Wi Fi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.
"Airbus A320neo" yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.
Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.
Yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo" modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsini və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet müəyyən edən AZAL 2032-ci ilə qədər donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla, Bakının regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 130 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən həftə 593 yanğına çıxış olub, 7 meyit aşkarlanıb
Ötən həftə 593 yanğına çıxış olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyya
22 iyunBakıda restoranda qadın qəfil vəfat etdi
Bakıda restoranda ölüm hadisəsi baş verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyunun 20-si saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti 69-da yerləşən "Lido" restoranında qəfil vəfat edib. Onun ürək çatışmazlığından həyatını itirdiy
22 iyunTürkmənistan prezidenti Azərbaycana səfərə gəlib
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkmənista
22 iyunBöyük Britaniyanın baş naziri İSTEFA VERDİ
Böyük Britaniyanın hökumət rəhbəri Kir Starmer tutduğu vəzifədən istefa verdiyini bəyan edib. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. O qeyd edib ki, yerinə gələcək yeni şəxs seçilənə qədər baş nazir səlahiyyətlərini icra etməkdə davam edəcək
22 iyunAZAL donanmasına 4-cü müasir "Airbus A320neo"nu əlavə edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmə
22 iyunAzərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ - RƏSMİ
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərin
22 iyunŞəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi
Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb. -ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunu
22 iyun