Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ - RƏSMİ

Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ - RƏSMİ2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.

İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir.

Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.

Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.

Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.

Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 234   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkmənistana tanker hədiyyə edib - FOTO

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyy

22 iyun
.

AZAL donanmasına 4-cü müasir "Airbus A320neo"nu əlavə edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmə

22 iyun
.

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev v

22 iyun
.

İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub

22 iyun
.

İlon Mask 4.5 milyon uşağın həyatını təhlükəyə atmaqda ittiham olundu

ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından olan demokrat üzvü Ro Xanna "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru, amerikalı iş adamı İlon Maskın addımlarının təhqiq edilməsi çağırışı ilə çıxış edib. Bu tələbə əsas səbəb kimi maliyyə ixtisarlarının qlobal miqyasda 4.

22 iyun
.

Gümrüdən Moskvaya uçan təyyarə Dağıstan üzərində həyəcan siqnalı verdi

Gümrüdən Moskva istiqamətində hərəkət edən sərnişin təyyarəsində həyəcan siqnalı işə düşüb və hava gəmisi hündürlüyü azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Flightradar" izləmə xidməti məlumat yayıb. Bildirilib ki, "Boeing" markalı təyyarə Moskva vaxtı ilə saat 11:24-də (Bak

22 iyun
.

Mingəçevirdə 35 yaşlı kişinin döyülərək öldürülməsinin TƏFƏRRÜATI

Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib. Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlin

22 iyun
.

Elvin Cəfərquliyevlə bağlı Qarabağ azarkeşlərinə ŞAD XƏBƏR - VİDEO Video

Qurban Qurbanov Elvin Cəfərquliyevi "Qarabağ"ın əsas komandasına qaytarıb. xəbər verir ki, o bu gün Ağdam təmsilçisi ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb. Qeyd edək ki, futbolçunun xarici klublara keçidi gündəmdə idi

22 iyun
.

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

Gəncə şəhərində 67 yaşlı qadının meyiti tapılıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 1959-cu il təvəllüdlü Xalidə Eminbəylinin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Məlumata görə, X.Eminbəyli yaşadığı evdə ürək çatışmazlığından dünyasın

22 iyun