131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq

131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaqBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qeydiyyatsız dərman vasitələrinin və digər malların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı cinayət işi üzrə hökm elan edilib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Azərbaycan və Türkiyə vətəndaşları əvvəlcədən əlbir olaraq Türkiyədən ölkəyə dövlət qeydiyyatından keçməmiş dərman preparatlarını, tibbi ləvazimatları, kosmetik vasitələri və digər məhsulları qanunsuz şəkildə keçirməyə cəhd ediblər.

İş materiallarına əsasən, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə cəhd göstərilən malların ümumi dəyəri 131 min 636 manat 80 qəpik təşkil edib. Siyahıda "Janumet", "Levemir FlexPen", "Toujeo", "Keppra", "Lamictal", "Paxil", "Madopar", "Forziga", "Trajenta", "Octagam" kimi müxtəlif dərman preparatları ilə yanaşı, stomatoloji materiallar, kosmetik vasitələr, parfümeriya məhsulları, kimyəvi maddələr və digər mallar da yer alıb.

İttihama görə, Azərbaycan vətəndaşı idarə etdiyi "Volvo" markalı yük avtomobilinin qoşqusunda gizlətdiyi malları Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda gömrük təminatını pozaraq çıxarıb və Türkiyə vətəndaşının idarə etdiyi "Iveco" markalı yük avtomobilinə yerləşdirib. Məqsəd həmin malları gömrük nəzarətindən gizli şəkildə postun ərazisindən çıxarmaq olub.

Lakin gömrük əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Iveco" markalı yük avtomobili postu tərk edərkən saxlanılıb. Baxış zamanı avtomobildən iki karton qutu, sellofan torbalar və plastik qablarda gizlədilmiş çoxsaylı dərman preparatları, kosmetik vasitələr və digər məhsullar aşkar edilərək götürülüb.

Məhkəmədə ifadə verən Azərbaycan vətəndaşı bildirib ki, İstanbulda tanış olduğu Mehmet adlı şəxsin xahişi ilə həmin malları Azərbaycana gətirməyə razılıq verib. Onun sözlərinə görə, bunun müqabilində 1500 ABŞ dolları almalı idi. O, daha sonra malları digər sürücünün avtomobilinə yerləşdirdiyini etiraf edib və əməlindən peşman olduğunu deyib.

Türkiyə vətəndaşı isə ifadəsində əvvəlcə bağlamaların içərisində nə olduğunu bilmədiyini, sonradan onların dərman və kosmetik vasitələr olduğunu gördüyünü bildirib. O, tanışına kömək etdiyini və törətdiyi əmələ görə peşman olduğunu deyib.

İş üzrə dindirilən gömrük əməkdaşları və digər şahidlər də əməliyyat zamanı avtomobildə gizlədilmiş malların aşkar olunduğunu, onların gömrük orqanına bəyan edilmədiyini və gömrük nəzarətindən kənar keçirilməsinə cəhd göstərildiyini təsdiqləyiblər.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilib. Hökmə əsasən, Azərbaycan vətəndaşına qeyd olunan maddələr üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, səmimi peşman olması, ailədə yeganə qazanc gətirən şəxs olması və digər yüngülləşdirici hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzanın şərti çəkilməsi qərara alınıb. Həmçinin onun üzərinə sınaq müddəti ərzində probasiya orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub.

Türkiyə vətəndaşına münasibətdə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edib. Ona Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 4 min manat, 206.3.2-ci maddəsi ilə isə 7 min manat cərimə təyin olunub. Cinayətlərin məcmusu üzrə qəti cəza əvvəlcə 11 min manat müəyyən edilsə də, onun 2 gün həbsdə saxlanılması nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cərimə 10 min manata endirilib.

Məhkəmə həmçinin qərara alıb ki, Türkiyə vətəndaşı cəriməni tam ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada çıxarılsın. Bundan başqa, onun Azərbaycana gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 286   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr