Qara dənizdə üç yük gəmisinə PUA hücumu: İtkilər var - VİDEO

Qara dənizdə üç yük gəmisinə PUA hücumu: İtkilər var - VİDEOQara dənizdə üzən mülki yük gəmisi PUA-nın (pilotsuz uçuş aparatı) hədəfi olub.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Panama bayrağı altında üzən və sahibi türk olan "Victress" adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Zərbədən dərhal sonra gəmidə güclü yanğın baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları alovlanan gəmiyə çatıb və heyət üzvlərini təxliyə etmək üçün əməliyyata başlayıblar.

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla, ümumilikdə doqquz ekipaj üzvü olub.

Ukrayna rəsmi qurumları hücumun arxasında Rusiyanın dayandığını iddia edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri hücumdan sonra rəsmi açıqlama yayıb:

"Çətin şərtlər və yanğının daha da yayılma riski nəzərə alınmaqla, Hərbi Dəniz Qüvvələrinə məxsus qayıqlar yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçirib. Təəssüf ki, proses zamanı itkilər olub", - deyə açıqlamada bildirilib.

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Aleksey Kuleba hücumun təfərrüatlarından danışıb və hücumu Rusiyanın edib:

"Rusiyanın mülki gəmiyə hücumu nəticəsində ekipaj üzvü, 58 yaşlı misirli aşpaz həyatını itirib. Aralarında Türkiyə və Hindistan vətəndaşlarının da olduğu 8 dənizçi təxliyə edilib. Bundan əlavə, Palau və Beliz bayraqları altında üzən gəmilər də hədəfə alınıb, lakin bu gəmilərdə ölən olmayıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 146   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistan Hindistanı müharibə ilə hədələdi

Pakistan Hind çayının sularının birgə istifadəsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etməsi səbəbindən milli su təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə Hindistana müharibə elan edə bilər. xəbər verir ki, bu barədə "ARY News" Pakistan İslam Respublikasının müdafiə naziri Xavac

22 iyun
.

Trampın təhdidlərinə İrandan sərt reaksiya

ABŞ Prezidenti Donald Trampın "Hörmüz boğazı yenidən bağlanacağı təqdirdə İranın qalan hissəsini də işğal edəcəyik" təhdidlərinə Tehrandan cavab verilib. xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Bildirilib ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasını

22 iyun
.

Həyat yoldaşının keçmiş fotosunu paylaşıb zarafat edən kişi tənqid olundu - VİDEO

Sosial şəbəkədə həyat yoldaşının evlilikdən əvvəlki və sonrakı görüntülərini müqayisə edən bir kişinin paylaşdığı video geniş müzakirələrə yol açıb. xəbər verir ki, videoda əvvəlcə həyat yoldaşının evlənməzdən əvvəl çəkilmiş fotosunu nümayiş etdirən şəxs daha sonra onun hazırkı görüntülərini göstərib

22 iyun
.

Kəmaləddin Heydərov onu alay komandiri təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub. -a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədə

22 iyun
.

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsi ondan ibarətdir ki, respublikamızın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri özünəməxsusluğ

22 iyun
.

Professor xərçəng riskini artıran amilləri açıqladı

"Ekoloji çirklənmə artır, qida məhsullarının keyfiyyəti aşağı düşür, insanlar isə getdikcə daha az hərəkət edir. Belə bir şəraitdə xərçəng xəstəliklərinin yayılmasının artması təəccüblü deyil". Bunu Qaynarinfo-ya açıqlamasında onkoloq-cərrah, professor Adil Qeybulla deyib. Həkim bildirib ki

22 iyun
.

Fransada güclü istilər: 13 nəfər ölüb

Fransada güclü istilər fonunda 13 nəfər suda boğularaq ölüb. -ın Franceinfo.fr-yə istinadən xəbərinə görə, bu barədə milli mülki müdafiə nümayəndəsi Jerom Bulanj məlumat verib. "İyunun 20-si axşamdan bəri Fransada 13 nəfər boğulmadan həyatını itirib", - deyə o bildirib. Jerom Bulanjın sözlərin

22 iyun
.

Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edəcək. APA-ya istinadən xəbər verir ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yol

22 iyun
.

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində prezidentlər arasında keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əməkdaşlığının stratej

22 iyun