Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - VİDEO

Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - VİDEOQuba rayonunun Qəçrəş yolunda yerləşən "Alma Bağı" hotelində qonaqlar arasında dava düşüb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən ilin qışında hotelin 314 nömrəli otağında 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və iki xanım tanışı ilə birlikdə qonaq olub.

312 nömrəli qonşu otaqda isə Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirmiş. Gecə yarısı Kənan və onunla olan şəxslər otaqda yüksək səslə musiqi dinləyib nalayiq ifadələr işlədiblər. Ceyhun əvvəlcə bu barədə hotel nəzarətçilərini məlumatlandırıb. Üstündən bir az keçdikdən sonra isə eyni otaqdan yenidən səs-küy gəlib. Bu dəfə Ceyhun 314-cü otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan çölə çıxan kimi isə Ceyhun ona irad bildirib, əlbəyaxa davaya çıxıblar.

Ceyhun Nəcəfovla birlikdə hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumlarının da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb. Tərəflər arasındakı dava yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra dayanıb.

bədənində aşkar edilən xəsarətlər isə sağlamlığa zərər vurma əlamətləri yaratmadığından dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Buna əsasən Kənan İsmayıllıya Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib, iş Quba Rayon Məhkəməsinə göndərilib.

Kənan məhkəmədə özünü təqsirli bilmədiyini, əksinə zərərçəkmiş olduğunu deyib:

"Ceyhun Nəcəfov və qohumları məni hotelin dəhlizində yerə yıxıb döyüblər. Bədənimin müxtəlif yerlərinə təpik və yumruqla vurublar. Hamısı da videoda açıq-aşkar görünür. Davadan 6 gün sonra tibbi ekspertiza keçirilib, guya onun xəsarəti mənimkindən ağır olub.Halbuki hücuma məruz qalan da, yerə yıxılıb döyülən də mən olmuşam. Amma indi onlar məsuliyyətdən kənarda qalıblar".

Təqsirləndirilən şəxs hakimdən hadisə anının videosuna baxış keçirməsini və bu ziddiyyətli ittihama düzgün hüquqi qiymət verilməsini xahiş edib.

Zərərçəkmiş qismində tanınmış Ceyhun Nəcəfov isə baş verənlərin istintaq materiallarında yazılan kimi olduğunu deyib. Amma təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmayıb.

Məhkəmə hökmündə yalnız təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurması ilə bağlı ittihamı istintaq orqanının səhvi kimi qiymətləndirilib. Hakim Nigar Xəlilova bu epizodu belə izah edib ki, tərəflər arasındakı mübahisə birbaşa Ceyhun Nəcəfovun təşəbbüsü ilə başlayıb. Buna görə də Kənanın ona xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi əsassızdır.

Hökmə əsasən, Kənan İsmayıllı qəsdən sağlamlığa az ağır zərər vurmaqda və ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıqda təqsirli bilinib. O, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilsə də, amnistiya aktının tətbiqi ilə cəzanın çəkilməsindən azad olunub.

Kənan İsmayıllı verilmiş cəzanı çəkməkdən azad edilsə də, bu, onun bəraət alması demək deyil. Məhkəmə onu təqsirli bildiyindən məhkumluq statusu qüvvədə qalıb. Məhz buna görə də o, haqqında çıxarılmış hökmün ləğv edilməsi və bəraət alması məqsədilə apellyasiya məhkəməsinə üz tutub.

Kənan apellyasiya şikayətində zərərçəkmiş şəxsin yüksək vəzifəli şəxs olduğunu, bu səbəbdən işə təsir etdiyini yazıb. Onun sözlərinə görə, Ceyhun Nəcəfov nazirliklərdən birində şöbə müdiridir. O, indi işə yenidən baxılmasını, hadisə anının əks olunduğu videonun sübut kimi qəbul edilməsini və hər kəsin qanun qarşısında bərabərliyi nəzərə alınaraq bəraət qərarı çıxarılmasını istəyir.

Kənanın hökmə etirazından sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Hələlik yekun qərar açıqlanmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 561   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr