Öz müalicəsinin "sınaq subyekti" oldu... - Ölümə meydan oxudu, dünyanı dəyişdirib vida etdi
MRT müayinələri onun temporal payında kütlə aşkar edib. Sidneydə aparılan biopsiya isə acı həqiqəti üzə çıxarıb: Skolyer ən aqressiv beyin xərçəngi növlərindən biri olan 4-cü mərhələ IDH-wildtype glioblastoma xəstəsi idi. həkimlər ona cəmi 6-8 ay ömür vermişdi.
O, "Brainstorm" adlı kitabında həmin anları belə xatırlayırdı: "Ölmək istəmirdim, həyatı sevirdim. Heç nə etmədən ölümü qəbul etmək mənə doğru gəlmirdi. Müalicəsi yoxdur? Qətiyyən!"
Beyin xərçəngində dünyada ilk
Skolyer geri çəkilmək əvəzinə həmkarı Corcina Lonqun rəhbərlik etdiyi komanda ilə radikal qərar verir: melanomada uğur qazandıqları yanaşmanı öz beynində sınaqdan keçirmək.
Beləliklə, dünyada ilk dəfə olaraq beyin xərçəngi xəstəsinə əməliyyatdan əvvəl kombinə immunoterapiya tətbiq edilib. Bu, ciddi risklər daşıyırdı: əməliyyatın gecikməsi şişin sürətlə böyüməsinə və ya dərmanların ölümcül yan təsirlərinə səbəb ola bilərdi.
Amma Skolyer öz şişinin xüsusiyyətlərinə uyğun hazırlanmış, immun sistemini gücləndirən eksperimental müalicəni qəbul edib. Əməliyyatdan sonra çıxarılan şişdə immun hüceyrələrin güclü reaksiyası müşahidə olundu və müalicənin təsirli olduğu görünüb.
2024-cü ilin mayında MRT nəticələri şişin geri qayıtmadığını göstərib. O, həmin vaxt belə demişdi: "Tam yox olduğunu demir, amma hələ geri dönmədiyini bilmək mənə vaxt qazandırır".
Ümidə çevrilən riskli təcrübə
Skolyer bütün prosesi sosial şəbəkələrdə açıq şəkildə paylaşıb. Lakin 2026-cı ilin martında vəziyyət yenidən pisləşib. O, Tazmaniyada xeyriyyə veloyürüşündən əvvəl xəstəliyin irəlilədiyini açıqlayıb.
Diaqnozdan üç il sonra onun ölümü glioblastoma üçün gözlənilən orta ömür müddətini xeyli aşmış olub. Onun təcrübəsi əsasında ABŞ-ın Duke Universitetində yeni klinik tədqiqatlar başladılıb.
Həyat fəlsəfəsi və vida
1966-cı ildə Tazmaniyada doğulan Skolyer uşaqlıqda anasının xəstəlik təcrübəsindən təsirlənərək həkim olmağa qərar vermişdi. O, 39 yaşında professor olmuş, 2021-ci ildə Avstraliya ordeni ilə təltif edilmişdi.
Vida məktubunda o yazırdı: "Sevgi, həvəs və birlikdə işləmək imkanları ilə dolu bir həyat yaşadım. Gələcəyi başqaları üçün dəyişdirmək məsuliyyətimiz olduğuna inanırdım".
Avstraliya baş naziri Entoni Albaniz onu "ən parlaq və ən böyük ürəklərdən biri" adlandırıb.
Riçard Skolyer özündən sonra həyat yoldaşı və üç övladını qoyub. Onun öz bədəni üzərində apardığı son elmi addım isə xərçənglə mübarizədə milyonlarla insana ümid verməyə davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 432 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabr