Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI

Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI"Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq".

Oxu.Az xəbər verir ki, bunu "Trend"ə müsahibəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdəikisi Bakı və onun ətrafında, üçdəbiri isə Bakının kənarında yerləşən ali məktəblərdə təhsil alır. O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:

"Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir".

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsilhaqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

"Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə "SABAH qrupları" vacib həll yollarından biridir. Eyni zamanda təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər. Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir:

"Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq".

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da "Trend" İnformasiya Agentliyində, APA İnformasiya Agentliyində və "Xəzər TV" televiziya kanalında yayımlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3175   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regiondakı yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqətçəkən hadisələrdən biri oldu. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr