Bakının bir çox ərazilərində niyə içməli su problemi yaşanır?
Bakının bəzi ərazilərində içməli suyun verilməsində yaranan problem sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Müraciətdə bildirilib ki, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 36 ünvanında artıq iki gündür içməli su verilmir.
Sakinlərin sözlərinə görə, su təchizatında yaranan fasilə gündəlik məişət işlərində ciddi çətinliklər yaradıb. Onlar problemin qısa zamanda aradan qaldırılmasını və suyun verilməsinin bərpa olunmasını istəyirlər.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, içməli suyun verilməsində yaranan fasilələr aparılan tənzimlənmə işləri ilə bağlıdır.
"Su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə iki gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.
Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:
Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00;
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00;
Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00;
Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00;
Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00;
Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00;
Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00;
Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00;
Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00;
Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00.
Qeyd edək ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur. Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır.
Artıq tənzimləmə işləri yekunlaşmaq üzrədir. Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - deyə məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi