Süni intellekt xəstəlikləri necə proqnozlaşdıracaq?
"Səhiyyə sistemində rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır. Müasir yanaşma böyük həcmli tibbi məlumatların emalı, təhlili və proqnozlaşdırıcı modellərin qurulması vasitəsilə səhiyyənin daha çevik, dəqiq və vətəndaşyönümlü idarə edilməsini nəzərdə tutur. Tibbi Rəqəmsal Əkiz Sistemi də məhz bu yanaşmanın əsas elementlərindən biri kimi formalaşdırılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramının efirində Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Süni intellekt xəstəlikləri necə proqnozlaşdıracaq?
Onun sözlərinə görə, bu gün səhiyyə sistemlərində yaranan ən böyük çağırışlardan biri çoxsaylı məlumatların müxtəlif platformalarda parçalanmış vəziyyətdə saxlanılmasıdır:
"Tibbi Rəqəmsal Əkiz Sistemi vahid məlumat məkanı formalaşdıraraq fərqli mənbələrdən daxil olan tibbi informasiyaların inteqrasiyasını təmin edir və bu məlumatları analitik alətlər vasitəsilə dəyərə çevirir. Süni intellekt və Böyük Məlumatlar texnologiyalarının tətbiqi gələcəkdə səhiyyə xidmətlərinin reaktiv modeldən proaktiv modelə keçidini sürətləndirəcək. Bu yanaşma yalnız xəstəlik yarandıqdan sonra müdaxilə etməyi deyil, risk faktorlarını əvvəlcədən müəyyənləşdirməyi, profilaktik tədbirləri planlaşdırmağı və əhalinin sağlamlıq göstəricilərini davamlı izləməyi mümkün edəcək".
Sevinc Məhərrəmova qeyd edib ki, analitik həllər vasitəsilə xəstəliklərin yayılma tendensiyaları, risk qrupları, regionlar üzrə sağlamlıq göstəriciləri və tibbi xidmətlərə tələbat daha dəqiq qiymətləndiriləcək:
"Bu isə öz növbəsində səhiyyə resurslarının planlaşdırılmasını, tibbi infrastrukturun optimallaşdırılmasını və xidmət keyfiyyətinin yüksəldilməsini dəstəkləyəcək. Gələcək mərhələlərdə süni intellekt əsaslı yanaşmalar həkimlərə klinik qərarvermədə dəstək göstərərək daha sürətli və məlumat əsaslı qərarların qəbuluna şərait yarada bilər. Eyni zamanda, vətəndaşlar fərdiləşdirilmiş xatırlatmalar, profilaktik tövsiyələr və sağlamlıq riskləri barədə daha erkən mərhələdə məlumatlandırıla bilərlər.
Beləliklə, Tibbi Rəqəmsal Əkiz Sistemi yalnız məlumatların saxlanılması platforması deyil, gələcəkdə məlumatəsaslı səhiyyə idarəçiliyinin və proqnozlaşdırıcı tibbin inkişafı üçün strateji infrastruktur rolunu oynayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama