Ekvadorda prezidentin ailə biznesini araşdıran polyak fəal qətlə yetirilib
Ekvadorda korrupsiya ilə mübarizə aparan və ölkənin sağçı prezidentinin ailə biznesinə qarşı ittihamları araşdıran polyak fəal qadın qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, 41 yaşlı Monika Silva Koniuşek iyunun 8-də Ekvadorun Santa-Elena əyalətinin sahil şəhəri Montanitadakı evində ölü tapılıb. Qeyd edilib ki, Ekvadorun daxili işlər naziri Con Reymberq ilkin ehtimalın intihar olduğunu bildirib.
Lakin sonradan Ekvador Qadın Hüquqlarının Müdafiəsi və Təşviqi Mərkəzinin rəhbəri, hüquqşünas Lita Martines ekspertiza rəylərinə əsaslanaraq ölümün cinayət nəticəsində baş verdiyini təsdiqləyib.
Bildirilir ki, fəal təxminən 10 il ərzində yerli media nümayəndələri ilə birlikdə işləyərək rəqəmsal platformalarda korrupsiya hallarına və ekoloji qanun pozuntularına qarşı aktiv mübarizə aparıb.
Həmkarlarının sözlərinə görə, Silva Koniuşek sağçı prezident Daniel Noboanın ailəsinə məxsus meyvə konqlomeratı olan "Noboa Trading" şirkəti ilə bağlı araşdırmaya başlamışdı. Onlar bildiriblər ki, fəal "Noboa Trading"ə məxsus banan konteynerlərindən bir neçə ton kokainin çıxarıldığı barədə iddiaları araşdırırdı, lakin Ekvadorun yüksək vəzifəli məmurları istintaqı yubadıblar. Ölümündən az əvvəl o, dostlarına ittihamlarla bağlı dosyeni Kito şəhərindəki ABŞ səfirliyinə təqdim etdiyini deyib. O, həmçinin Santa-Elena əyalətində nüfuzlu siyasi xadimlərin genişmiqyaslı qanunsuz torpaq alveri şəbəkəsinə qarışması barədə iddiaları araşdırırdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 360 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr