200 manatlıq arzu, milyonluq dərs
Bəzən sosial şəbəkələrdə saatlarla vaxt keçiririk. Qarşımıza yüzlərlə video çıxır, əksəriyyətini bir neçə saniyə sonra unuduruq. Amma elə videolar da olur ki, insanın beynində yox, ürəyində qalır.
Bir neçə gündür 12 yaşlı bir məktəblinin videoları qarşıma çıxır. Hər gün kamera qarşısına keçir və eyni cümləni deyir: "Özümə velosiped almaq üçün pul yığıram. "Gün 1", "Gün 2", "Gün 3"...
Sonra həmin gün qazandığı pulu göstərir.
Nə bahalı hədiyyə istəyir, nə də kimdənsə kömək umur. Deyir ki, nənəsinin sexində ona kömək edir, əvəzində pul qazanır. Məqsədi isə sadədir: yay tətili bitənə qədər 200 manat toplamaq və özünə velosiped almaq.
Əslində bu hekayəni xüsusi edən velosiped deyil.
Məni daha çox təsirləndirən videoların altındakı şərhlər oldu. İnsanlar ona pul göndərmək, velosiped almaq istəyirdilər. Yəqin ki, yaxşı niyyətlə. Amma uşağın cavabı hamısından qiymətli idi:
"Çox sağ olun, amma velosipedi özüm qazanıb almaq istəyirəm. Atam yad adamlardan pul almağa icazə vermir."
Bir anlıq düşündüm. Biz böyüklər nə vaxtdan hər şeyin ən asan yolunu axtarmağa başladıq? Nə vaxtdan zəhmətlə qazanılanın dəyərini unutduq?
Bu uşaq isə hələ 12 yaşında anlayıb ki, məqsədə çatmağın həzzi ona hazır verilən hədiyyədə yox, öz zəhmətinin nəticəsindədir.
Bəlkə də həmin velosiped mağazada satılan yüzlərlə velosipeddən biri olacaq. Amma onun aldığı velosiped fərqli olacaq. Çünki o velosipedin hər detalında yayın istisi, işlədiyi saatlar, topladığı qəpiklər və ən əsası, öz əməyinin izi olacaq.
Bəzən bir uşağın çəkdiyi sadə video, uzun çıxışlardan, motivasiya seminarlarından və böyük-böyük nəsihətlərdən daha çox şey öyrədir.
Bu gün sosial şəbəkədə gördüyüm ən dəyərli məzmun bahalı avtomobil, lüks həyat və ya milyonluq uğur hekayəsi deyildi.
Sadəcə 12 yaşlı bir uşağın "özüm qazanacağam" deməsi idi.
Etiraf edim ki, son vaxtlar eşitdiyim ən gözəl cümlələrdən biri də elə bu oldu.
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama