Keşlədə yanğın sonrası problem: Sakin anbar sahibinin vədinə əməl etmədiyini deyir

Keşlədə yanğın sonrası problem: Sakin anbar sahibinin vədinə əməl etmədiyini deyirBakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində anbarda baş vermiş yanğın nəticəsində evinə ciddi ziyan dəydiyini bildirən sakin aidiyyəti qurumlardan və məsul şəxslərdən kömək istəyir.

Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi 55 ünvanında yaşayan Qasımova Kifayət Teymur qızı Qaynarinfo-ya bildirib ki, iyunun 4-də yaşayış evlərinə çox yaxın məsafədə yerləşən anbarlarda baş verən yanğın nəticəsində ətrafdakı bir neçə evə ziyan dəyib. Ən ciddi zərəri isə onların yaşadığı ev çəkib.

Şikayətçinin sözlərinə görə, yanğın zamanı aparılan söndürmə işləri və sonrakı günlər yağan leysan yağışlar nəticəsində evin dam örtüyü tamamilə dağılıb. Bunun nəticəsində mənzilin daxili hissəsi də yararsız vəziyyətə düşüb, divarlar, döşəmə və ev əşyaları ciddi zərər görüb.

Sakin bildirib ki, hadisədən qısa müddət əvvəl evdə əsaslı təmir işləri aparılıb. Lakin hazırda mənzildə normal yaşayış mümkün deyil. Bu səbəbdən yeni dünyaya gələn nəvə qohumların evinə köçürülüb. Ailənin digər üzvləri isə çətin şəraitdə həmin evdə qalmağa məcbur olduqlarını bildirirlər.

Kifayət Qasımovanın iddiasına görə, yanğından sonra anbarın sahibi olduğu bildirilən Roman Cəfərovun oğlu Fuad Cəfərov onlarla əlaqə saxlayaraq dəymiş ziyanın tam şəkildə ödəniləcəyini bildirib. Daha sonra həmin şəxslərin nümayəndələri evə baxış keçirərək yaşayış üçün yararsız vəziyyətə düşdüyünü təsdiqləyiblər.

Lakin aradan həftələr keçməsinə baxmayaraq, zərərin aradan qaldırılması istiqamətində hər hansı iş görülməyib. Şikayətçinin sözlərinə görə, indiyədək yalnız bir neçə ədəd şifer gətirilib.

"Bizə dedilər ki, dəymiş ziyan ödəniləcək. Amma bu günə qədər yalnız bir neçə şifer gətiriblər. Nə dam örtüyü bərpa olunub, nə də evin içərisində yaranmış zərərlərlə bağlı hər hansı tədbir görülüb", deyə sakin bildirib.

Kifayət Qasımovanın sözlərinə görə, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə də müraciət olunub. Lakin müraciətdən sonra da problemin həlli istiqamətində hər hansı nəticə əldə edilməyib.

Sakin bildirir ki, yaxın günlərdə Nizami Rayon Prokurorluğuna və Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edəcək. O qeyd edib ki, müraciətlərinə cavab verilməyəcəyi təqdirdə ölkə rəhbərliyinə müraciət etmək niyyətindədir.

Zərərçəkən ailə baş vermiş hadisənin araşdırılmasını, dəymiş ziyanın qiymətləndirilməsini və məsul şəxslərin öhdəliklərini yerinə yetirməsini tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün anbarın sahibi olduğu bildirilən Roman Cəfərovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 382   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr