Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bakıda yeniyetmə motosiklet oğurlayıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən binalardan birində qeydə alınıb.
İttiham aktına görə, 16 yaşlı Zakir İsayev (ad və soyad şərtidir) qeyd olunan ünvanda gəzərkən yataqxananın blokunda dəyəri 1500 manat olan "Tufan M350" markalı motosiklet görüb və onu oğurlamaq qərarına gəlib. Gecə saat 1 radələrində valideynləri yatandan sonra həmin yerə qayıdan Zakir motosikleti götürüb. Lakin onu işə sala bilmədiyi üçün ayaqları ilə itələyərək, yaşadığı yerə aparıb.
Bu əməlinə görə, o, zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, uzun müddətdir motosiklet sürməyə həvəsi olub. Həmçinin özünün də evdə eyni tip nəqliyyat vasitəsi var. Lakin mühərriki xarab olduğu üçün işləmir. Oğurladığı motosikleti apararaq, mühərrikini söküb. Sökülən mühərriki özünün nəqliyyat vasitəsinə quraşdırmaq istəyərkən polis əməkdaşları onu saxlayıb.
O, əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini bildirərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Zakir İsayev 312 saat ictimai işlər cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 368 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrÜç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
6 sentyabrBakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
7 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr