DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur""Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır".

Oxu.Az xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq avtomobil daşımaları üzrə bir neçə konvensiyaya üzv olub:

"Bu sahədə biz işlərimizi davam etdiririk və beynəlxalq standartlar əsasında ölkəmizdə tranzit imkanlarının genişləndirilməsi, sərbəst hərəkətə şəraitin yaradılması, rəsmiləşdirmə müddətlərinin qısaldılması, yoxlamaların risk əsaslı yanaşma ilə həyata keçirilməsi üçün çalışırıq. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun yeni alətlərin tətbiqi istiqamətində də iş aparılır. Bu məqsədlə yeni kompüterləşdirilmiş tranzit sisteminə - Avropa İttifaqında 27 dövlət, ümumilikdə 39 ölkə tərəfindən istifadə olunan sistemə qoşulmaq istiqamətində fəaliyyət göstəririk. Bu çərçivədə biz 2 konvensiyaya üzv olmaq ərəfəsindəyik - Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma prosesinə başlamışıq".

Ş.Bağırov vurğulayıb ki, bu proseslər yaxın gələcəkdə başa çatdırılacaq:

"Çünki artıq bu istiqamətdə start verilib və biz qonşu ölkələrdə istifadə edilən elektron əsaslı, təminat əsaslı tranzit qaydalarını, eləcə də kağızsız texnologiyalar vasitəsilə rəsmiləşdirmə imkanlarını ölkəmizdə də tətbiq edə biləcəyik. Bu, Avropa istiqamətində dəhliz boyu tətbiq olunacaq. Eyni zamanda biz Asiya regionu ilə də bu işləri aparırıq. Bu yöndə Mərkəzi Asiya dövlətləri, Çin və digər tərəfdaşlarla tranzit əməliyyatlarının sadələşdirilməsi istiqamətində, o cümlədən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə fəaliyyətlərimiz davam edir. Hesab edirik ki, bu sahədə də müsbət nəticələr əldə ediləcək və bu da öz növbəsində Orta Dəhlizin gömrük aspektindən daha cəlbedici olmasına töhfə verəcək".

DGK-nın sədri əlavə edib ki, Orta Dəhlizin əhəmiyyəti olduqca böyükdür və onun digər dəhlizlərlə müqayisədə bir sıra üstünlükləri mövcuddur:

"Şübhəsiz ki, burada coğrafi mövqe, məsafələr, infrastruktur imkanları ilə yanaşı, gömrük tənzimlənməsi də əhəmiyyətli rol oynayır. Bundan əlavə, tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir.

Məlumdur ki, dövlət səviyyəsində ölkəmizdən keçən tranzit məhsul və yüklərin daşınma həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə dair müvafiq sərəncam imzalanıb. Həmin sənəd 2024-2026-cı illəri əhatə edir və biz bu istiqamətdə artıq fəal şəkildə işlərimizi həyata keçiririk.

Digər qurumlarla birlikdə tranzit potensialının və yük axınının inkişafı üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu, ilk növbədə yol infrastrukturunun, keçid imkanlarının və digər istiqamətlər üzrə təkmilləşmənin təmin edilməsini nəzərdə tutur. Lakin əsas məsələlərdən biri də gömrük tənzimlənməsi və gömrük qaydalarının tətbiqi vasitəsilə tranzit əməliyyatlarının asanlaşdırılmasıdır".

Ş.Bağırov rəqəmlərə diqqət yetirərək xatırladıb ki, 2025-ci ildə 18 milyon tondan artıq yük Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit olaraq keçib. Cari ilin 5 ayı ərzində isə bu göstərici 8.2 milyon ton həcmində olub. "Bu rəqəmlər özlüyündə çevik gömrük tənzimlənməsinin tətbiqinin vacibliyini ortaya qoyur. Gömrük əməliyyatlarının vaxtında icra edilməsi ilə tranzit axınına əsassız maneələrin yaradılmaması böyük əhəmiyyət kəsb edir.

Bunu təmin etmək məqsədilə biz hər şeydən əvvəl öz daxili resurslarımızı səfərbər etmişik. İlk olaraq rəqəmsal rəsmiləşdirmə mexanizmlərini tətbiq edirik. Bu çərçivədə elektron bəyannamə sistemi, yüklər və ya nəqliyyat vasitələri ölkəyə daxil olmamışdan əvvəl rəsmiləşdirmə üçün məlumatların əvvəlcədən toplanması mühüm şərtlərdən birini təşkil edir. Buna görə də biz əlaqədar qurumlarla bu sahədə əməkdaşlığımızı davam etdiririk".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 624   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

ADY: Astara Terminalında yük aşırılması 30 % artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi

22 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır. Bəs neftin qiymət

2 oktyabr
.

MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO

MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi

30 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr