Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir

Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilirAvstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələrin sosial şəbəkə vərdişlərinə demək olar ki, təsir göstərməyib.

Hökumət, "Meta", "Instagram" və "Google", "YouTube" kimi platformaların 16 yaşından kiçik şəxslərə hesab açmasını qadağan edən qanunu sınaqdan keçirməyi (stres-test) planlaşdırır. Baş nazir Entoni Albaneze Avstraliya Teleradioyayım Korporasiyasına müsahibəsində bildirib ki, hökumətin məqsədi qanunvericiliyi ən sərt və istənilən hüquqi çağırışlara tab gətirə biləcək vəziyyətə gətirməkdir. O əlavə edib ki, əsas fəaliyyət istiqamətlərindən biri milli internet tənzimləyicisi olan İnternet Təhlükəsizliyi Komissiyasının bu vəzifəni icra etmək üçün kifayət qədər səlahiyyətə malik olmasını təmin etmək olacaq.

Albaneze hökumətin hansı addımlar atacağı ilə bağlı əlavə təfərrüat verməyib, tənzimləyici qurum isə şərh verməkdən imtina edib.

Qeyd edək ki, bu həftə Britaniya Tibb Jurnalında dərc olunan məqalədə bildirilir ki, 408 yeniyetmə arasında aparılan araşdırmaya əsasən, 12-15 yaş aralığında olan avstraliyalıların 85%-i qadağanın qüvvəyə minməsindən üç ay sonra belə sosial platformalardan istifadə etməyə davam ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 150   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi

Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə

26 iyun
.

Fransa Burkina-Fasonun diplomatik əlaqələri kəsmək qərarına cavab tədbirlərini nəzərdən keçirir

Fransa Burkina-Fasonun iki ölkə arasındakı diplomatik əlaqələri kəsmək qərarından sonra cavab tədbirləri görmək imkanını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Fransa XİN-də Burkina-Fas

27 iyun
.

ABŞ "Qiyamət günü təyyarəsi"nin yenilənməsinə milyard dollara yaxın vəsait ayrılıb

ABŞ-nin Hərbi Nazirliyi (Pentaqon) "Qiyamət günü təyyarəsi" kimi tanınan "E-4B" hava gəmisinin müasirləşdirilməsi və ona texniki xidmət göstərilməsi məqsədilə yeni müqavilə bağlayıb. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi açıqlama yayıb. Razılaşmanın ümumi məbləği 984 milyon dollar

25 iyun
.

Venesuelada baş verən zəlzələ ölkə tarixində son 126 ilin ən güclü seysmik hadisəsidir

Venesuelada qeydə alınan dəhşətli zəlzələ ölkə tarixində 1900-cü ildən bəri baş vermiş ən güclü seysmik hadisə kimi qiymətləndirilir. xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına istinadən "The New York Times" qəzeti məlumat yayıb. Məlumata görə, 1900-cü ildəki zəlzələni

25 iyun
.

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlarda 178 nəfər həbs olunub

Türkiyədə terror təşkilatlarının fəaliyyətinin aşkarlanması məqsədilə aparılan istintaqlar zamanı müəyyən edilən 241 nəfərdən 225-i saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, saxlanılanların 218-i Ankara Baş Prokurorluğuna gətirilib. Şübhəlilərdən altısı sərbəs

27 iyun
.

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. bu barədə "New York Post" nəşrinə istinadə

27 iyun
.

Zelenski göstəriş verdi: "Rusiyanın enerji və hərbi obyektlərinə qabaqlayıcı zərbələr endirin"

"Ukrayna Rusiyanın müharibə üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirəcək". -ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. Onun sözlərinə görə, eyni zamanda Kiyev Moskvanı danışıqlar masasına oturtmağ

25 iyun
.

Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsir

Burkina-Faso administrasiyası iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətləri kəsir. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika dövlətinin hökuməti bəyan edib. Rəsmi Uaqaduqu bu addımı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dərindən qiymətləndirilməsində

27 iyun
.

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Novoskelevatoye yaşayış məntəqəsini nəzarət

27 iyun