KİV: İranın zərbələrinin ABŞ-nin Bəhreyndəki hərbi bazasını yararsız hala saldığı məlum olub
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Bəhreyndə yerləşən və Beşinci Donanmanın qərargahı olan bazası bu yaz İranın cavab zərbələr zamanı ciddi zədələnib və artıq öz əsas funksiyalarını yerinə yetirmək üçün yararlı deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Pentaqondakı mənbələrə və peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ HDQ baza ərazisindəki böyük dağıntılar barədə məlumatı rəsmi olaraq təsdiqləməyib. WSJ-nin məlumatına əsasən, aktiv döyüş əməliyyatları dövründə İranın endirdiyi zərbələr nəticəsində donanmanın qərargah binası əhəmiyyətli dərəcədə dağılıb. Həmçinin ABŞ HDQ-nin təlim kompleksi, liman infrastrukturu, kazarmalar və anbar obyektləri də ciddi ziyan görüb. Hazırda Pentaqon Bəhreyndəki baza ilə bağlı müxtəlif variantları, o cümlədən onun funksiyalarının bir qisminin Yaxın Şərqdəki digər obyektlərə köçürülməsini nəzərdən keçirir. Bəhreyndəki baza obyektlərinin inşasının ümumi dəyəri 400 milyon dollar olaraq qiymətləndirilir.
Bəhreyndəki baza 1995-ci ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının əsas dayaq məntəqəsidir. İran sahillərindən 240 km məsafədə yerləşən bu obyekt Amerika donanmasının bütün növ gəmilərini qəbul etmək imkanına malikdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 247 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabr