Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxs adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərərvurma maddələri üzrə günahkar bilinib. Məhkəmənin qərarı məhkəmə-tibbi ekspertizası, psixiatriya və dilçilik sahəsi üzrə mütəxəssislər də daxil olmaqla, səkkiz ekspertin rəyinin və 109 şahidin ifadəsinin dinlənildiyi uzunmüddətli prosesdən sonra elan edilib.
Vurğulanıb ki, məhkəmə prosesi çoxlu sayda zərərçəkmişin və onların nümayəndələrinin iştirakı ilə baş tutub. Cinayət işinin materialları bir neçə min səhifədən ibarət olub. Media mənbələrinin məlumatına əsasən, dinləmələr zamanı müttəhimin davranışı dəfələrlə məhkəmədə müzakirə mövzusu olub. Onun bəzi ifadələr zamanı aqressivlik nümayiş etdirə bildiyi, həmçinin şəxsiyyəti barədə danışılarkən emosional reaksiyalar verdiyi bildirilib. Bundan əvvəl aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulduğu bildirilsə də, o, anlaqlı hesab edilib və cinayət məsuliyyətinə cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 362 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr