Rusiyada "İskəndər" raket istehsalı zavodu vuruldu: ÖLƏN və yaralıları var
Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.
"Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.
Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
11:20
Ötən gecə Rusiyanın Volqoqrad şəhərinə raket hücumu olub. Sakinlər partlayışlar, eləcə də raketlər yerə düşdükdən sonra baş verən yanğın barədə bildiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna KİV məlumat verib.
OSINT analitiklərinin məlumatına görə, Rusiyaya məxsus "İskəndər-M", "Topol-M" və "Yars" raket qurğuları istehsal edən və Rusiyanın hərbi sənaye kompleksinin əsas müəssisələrindən olan "Titan-Barrikadı" zavoduna hücum edilib.
Eyni zamanda, sosial şəbəkədə hücum zamanı raketin uçduğu anları əks etdirən videogörüntülər də paylaşılıb. Bildirilir ki, böyük ehtimal, zərbələr Ukraynanın uzaqmənzilli "Flamingo" qanadlı raketləri tərəfindən həyata keçirilib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov şənbəyə (27 iyun) keçən gecə Ukrayna raketlərinin Volqoqrada hücum etdiyini və nəticədə sənaye müəssisəsinə zərər dəydiyini təsdiqləyib.
"Volqoqradın Krasnooktyabrsk rayonundakı müəssisələrindən birinin istehsal obyektlərinə ziyan dəyib. Hazırda on nəfərin xəsarət aldığı məlumdur", - deyə Boçarov bildirib.
Məhz bu rayonda da "Titan-Barrikadı" yerləşir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1211 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr