"Volkswagen"də böhran: Şirkət minlərlə iş yerini ixtisar edir, zavodlarını bağlayır
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" qarşıdan gələn illər ərzində qlobal miqyasda 100 minədək iş yerini ləğv etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Manager Magazin" iqtisadi jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, şirkətin rəhbəri Oliver Blume idarə heyətinə yeni sağlamlaşdırma planını təqdim edib. Əvvəllər avtokonsern qənaət məqsədilə 2030-cu ilə qədər 50 min işçini ixtisar edəcəyini bildirmişdi, lakin yeni restrukturizasiya proqramı bu rəqəmin iki dəfə artırılmasını nəzərdə tutur. Orta vədədə "Volkswagen"in Hannover, Zvikkau və Emdendəki dörd zavodunun, eləcə də şirkətin törəmə müəssisəsi olan "Audi"nin Nekkarsulmdakı fabrikinin bağlanması ehtimalı var.
Bundan əlavə, "Volkswagen Group" rəhbərliyi korporasiyanın strukturunu tamamilə yeniləmək niyyətindədir. Xüsusilə, əsas avtomobil markası olan "Volkswagen" və ehtiyat hissələri istehsal edən altmüəssisə qrupun tərkibindən çıxarılaraq müstəqil şirkətlər kimi fəaliyyət göstərəcək. Hazırda şirkətin konsernində təxminən 657 min nəfər çalışır.
"Volkswagen"in bu yeni planları Almaniyanın dərin böhran yaşayan avtomobil sənayesində vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha sübut edir. Bundan əvvəl də bir çox digər avtomobil istehsalçıları və ehtiyat hissələri tədarükçüləri işçi qüvvəsinin azaldılacağını bəyan etmişdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 124 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə azan qadağan olunacaq
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi
28 iyunGülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər
Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)
28 iyunAlmaniyada mənzillərin yalnız 6%-də kondisioner var - SƏBƏB?
Avropa ölkələrində, xüsusən də şimal regionlarında kondisionerlər yaxın vaxtlara qədər ilkin tələbat əşyası hesab edilmirdi. Lakin insanların sağlamlığına və infrastruktura təhlükə yaradan ekstremal yüksək temperaturlar səbəbindən soyutma sistemlərinə tələbat sürətlə artır. bu barədə DW-yə istinadə
28 iyunAlmaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə
28 iyunİrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin
27 iyunBurkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsir
Burkina-Faso administrasiyası iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətləri kəsir. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika dövlətinin hökuməti bəyan edib. Rəsmi Uaqaduqu bu addımı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dərindən qiymətləndirilməsində
27 iyun