İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - YenilənibYeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

"Qafqazinfo" Oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.

Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.

*

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda yerləşən 264 saylı məktəb-liseydə baş verib.

Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.

*

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) sorğumuza cavab olaraq bildirilib ki, 264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır.

"Qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.

Şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib", - BŞTİ-dən bildirilib.

İdarədən həmçinin qeyd edilib ki, məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1416   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirva

14 oktyabr
.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr