Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneldə bildirib.
Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi:
"Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək. Bu isə sabit iqtisadi artım və dövlət maliyyəsinin məsuliyyətli idarə olunması sayəsində əsas prioritetlərin maliyyələşdirilməsi üçün fiskal imkanlar yaradır".
O, həmçinin Avropanın müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb:
"Xorvatiya bu sahədə öz imkanlarını inkişaf etdirir və getdikcə daha çox Xorvatiya şirkəti müasir müdafiə texnologiyaları və innovativ həllər sahəsində uğurla mövqe tutur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 121 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı
Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra
28 iyunTrampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər
28 iyunİrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin
27 iyunBurkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsir
Burkina-Faso administrasiyası iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətləri kəsir. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika dövlətinin hökuməti bəyan edib. Rəsmi Uaqaduqu bu addımı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dərindən qiymətləndirilməsində
27 iyunİsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Martın 2-də eskalasiya başlayandan bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 4 246 nəfərə yüksəlib. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb. Qurumun məlumatına görə, bu günədək xəsarət alanları
28 iyun