Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır
Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir.
"Report"un TASS-a istinadən məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib.
"Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyin bahasına olursa-olsun, hərbi neytrallığımızı qorumalıyıq. Biz öz hava məkanımızı hansısa xarici ordunun qüvvələri ilə deyil, özümüz qorumaq istəyirik. Bu, əvəzsizdir, çünki bu, azadlıqdır", - Vuçiç qeyd edib.
Onun sözlərinə görə, Serbiya hərtərəfli inkişafı sürətləndirməlidir:
"Avqust ayından etibarən Serbiyada robotların istehsalına başlayacağıq. Biz data mərkəzləri açmalı, enerji sisteminin, qaz elektrik stansiyalarının, su elektrik stansiyalarının, həmçinin kiçik və böyük atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etməliyik, çünki elektrik enerjisi ən mühüm resursa çevriləcək".
Daha əvvəl iyunun 27-də Vuçiç hakimiyyətdə son bir neçə həftəsi olduğunu və tezliklə istefa verəcəyini bildirib. Onun sözlərinə görə, o, qarşıdan gələn parlament seçkilərində qalib gələ bilməsi üçün idarəedici Serbiya Tərəqqi Partiyasını dəstəkləməyə davam edəcək. Vuçiç daha əvvəl ölkə parlamentinə növbədənkənar seçkilərin payızda, sentyabrın sonundan noyabrın ortalarına qədər olan dövrdə keçiriləcəyini demişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 289 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabr