Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi

Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdiÖzünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir.

Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfəri çərçivəsində onunla bir araya gəlmək istəyini ifadə edib.

Onun sözlərinə görə, o, Trampın Türkiyəyə səfəri zamanı onunla şəxsən danışmaq, onu narahat edən suallara cavab tapmaq, xüsusilə də, prezidentin onun mövcudluğundan xəbərdar olub-olmadığını öyrənmək niyyətindədir.

Özmen, həmçinin ABŞ dövlət başçısına xüsusi olaraq dolma, paxlava və türk qəhvəsi təqdim etmək arzusunda olduğunu da diqqətə çatdırıb.

Hələ 2021-ci ildə 56 yaşı olan Necla Özmen məhkəməyə müraciət edərək atalığın müəyyənləşdirilməsini tələb etmiş və Trampın əsl atası olduğunu irəli sürmüşdü. O qeyd edib ki, anası gəncliyində xarici səfərdə olarkən amerikalı iş adamı ilə münasibət qurub, lakin baş verənləri illərlə sirr kimi saxlayıb.

DNT testinin aparılmasında israrlı olan Özmen heç bir maliyyə marağının olmadığını xüsusi vurğulayır. O, sadəcə olaraq öz köklərini dərk etmək və Donald Trampla şəxsən tanış olmaq məqsədi güddüyünü bəyan edib.

Xatırladaq ki, Şimali Atlantika Alyansının (NATO) Ankaradakı sammitinin 7-8 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 236   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkədə azan qadağan olunacaq

Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi

28 iyun
.

Kats: İMQ Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşır

İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmaq əmr edilib. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib. O, iyunun 26-da ABŞ-də İsrail və Livan arasında bağlanmış çərçivə sazişin

28 iyun
.

Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər

Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)

28 iyun
.

Ukrayna bir ay ərzində ikinci dəfə Moskvanı yanacaqla təmin edən stansiyanı vurdu

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bir ay ərzində ikinci dəfə Rusiyanın Vladimirovsk vilayətindəki "Vtorovo" neftvurma stansiyasına dronlarla zərbə endirib. Stansiya Moskvanı yanacaqla təmin edir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir. "Ukrayn

27 iyun
.

Almaniyada mənzillərin yalnız 6%-də kondisioner var - SƏBƏB?

Avropa ölkələrində, xüsusən də şimal regionlarında kondisionerlər yaxın vaxtlara qədər ilkin tələbat əşyası hesab edilmirdi. Lakin insanların sağlamlığına və infrastruktura təhlükə yaradan ekstremal yüksək temperaturlar səbəbindən soyutma sistemlərinə tələbat sürətlə artır. bu barədə DW-yə istinadə

28 iyun
.

Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi

Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə

28 iyun
.

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi: Mülki şəxslər evlərinə qaytarılıblar

Kursk vilayətinin beş sakini də daxil olmaqla, yeddi mülki şəxs Ukrayna ərazisindən Rusiyaya qaytarılıb. -ın İzvestiya.ru-ya xəbərinə görə, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib. Məlumata görə, Ukrayna tərəfi ilə birgə humanitar işlər çərçivəsində rusiyalıları

27 iyun
.

İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat

İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin

27 iyun
.

Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsir

Burkina-Faso administrasiyası iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətləri kəsir. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika dövlətinin hökuməti bəyan edib. Rəsmi Uaqaduqu bu addımı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dərindən qiymətləndirilməsində

27 iyun