Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb

Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıbÇin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Məlumata görə, "Volkswagen" 2030-cu ilədək bütün işçi qüvvəsinin təxminən altıda birini təşkil edən 100 minə qədər iş yerinin ixtisarı imkanını nəzərdən keçirir. Öz növbəsində, "Mercedes-Benz" yay bonuslarının ödənilməsindən imtina edib və artıq 5,5 minə yaxın əməkdaşın yararlandığı "könüllü işdən çıxma" proqramlarına başlayıb. Bundan əlavə, şirkət hesablayıb ki, personal 30 ildən çox qüvvədə olan 35 saatlıq iş həftəsindən yenidən 40 saatlıq iş həftəsinə keçərsə, istehsalın həcmi dərhal 15 % arta bilər.

"BMW" həmçinin mənfəət proqnozuna azalma istiqamətində yenidən baxaraq bunu Çin bazarında tələbatın zəifləməsi və İranla münaqişənin nəticələri ilə izah edib. Şirkət 10 minədək işçiyə təsir edə biləcək ştat ixtisarına hazırlaşır. İyunun ortalarından başlayaraq "BMW" səhmlərinin kotirovkaları 13 % ucuzlaşıb, investorlar isə digər Avropa avtomobil konsernlərindən də proqnozların daha da pisləşməsini gözləyirlər.

FT diqqətə çatdırıb ki, Avropada yeni avtomobil satışlarının illik ifadədə 4 % artmasına baxmayaraq, may ayında "Volkswagen", "Mercedes-Benz", "Stellantis" və "Renault" öz bazar paylarının bir hissəsini itirib. Bununla yanaşı, "BYD", "Chery" və digər Çin avtomobil şirkətlərinin ümumi bazar payı ilk dəfə olaraq 10 % həddini aşıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 166   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xoşbəxt sevginin sirri tapıldı

Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar

28 iyun
.

Danimarkada son 150 ilin ən isti günü qeydə alındı

İyunun 27-də Danimarkada müşahidələrin aparıldığı 150 ildən çox müddətdə ən yüksək temperatur qeydə alınıb, termometrin göstəricisi 36.6 dərəcəyə çatıb. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Danimarka Meteorologiya İnstitutunun bəyanatına istinadən məlumat yayıb. "Odense şəhərini

28 iyun
.

Londonda iqlim konfransı anomal istiyə görə ləğv edildi

Avropada anomal istilər hökm sürür və yeddi ölkədə yüksək temperatur səbəbindən sarı təhlükə səviyyəsi elan olunub. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Londonda bu cür hava şəraiti ekstremal istilərlə mübarizəyə həsr olunmuş tədbirin ləğ

28 iyun
.

Kats: İMQ Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşır

İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmaq əmr edilib. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib. O, iyunun 26-da ABŞ-də İsrail və Livan arasında bağlanmış çərçivə sazişin

28 iyun
.

Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır

Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir. "Report"un TASS-a istinadən məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib. "Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyi

28 iyun
.

Həkim yayda xroniki ağciyər xəstəliyinin kəskinləşməsinin səbəblərini açıqladı

"Xroniki obstruktiv ağciyər xəstəliyinin adətən "qış xəstəliyi" kimi qəbul edilməsinə baxmayaraq, bürkü, smoq (tüstü və his qarışığı olan qatı duman) və artan rütubət bu problemdən əziyyət çəkənlərin səhhətində ağırlaşmalara yol aça bilər". xəbər verir ki, bu barədə -ya rusiyalı pulmonolo

28 iyun
.

Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər

Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)

28 iyun
.

Almaniyada mənzillərin yalnız 6%-də kondisioner var - SƏBƏB?

Avropa ölkələrində, xüsusən də şimal regionlarında kondisionerlər yaxın vaxtlara qədər ilkin tələbat əşyası hesab edilmirdi. Lakin insanların sağlamlığına və infrastruktura təhlükə yaradan ekstremal yüksək temperaturlar səbəbindən soyutma sistemlərinə tələbat sürətlə artır. bu barədə DW-yə istinadə

28 iyun
.

SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü gecə saat 2-dən 3-ə qədər həyata keçirdikləri birgə raket və dron əməliyyatı zamanı Küveytdəki Əli əs-Salim bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanmada ABŞ ordusunun səkkiz mühüm obyektinə ballistik raketlər və piloitsuz uçu

28 iyun