Argentinanın Baş naziri qanunsuz varlanma ittihamları fonunda istefa verib
Argentina Nazirlər Kabinetinin rəhbəri Manuel Adorni ona qarşı irəli sürülmüş qanunsuz varlanma ittihamları fonunda vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Report"un yerli "La Nación" nəşrinə istinadən məlumatına görə, bu barədə siyasətçinin respublika prezidenti Xavyer Mileyə ünvanladığı açıq məktubda deyilir.
"Kütləvi informasiya vasitələri tərəfindən məruz qaldığım aramsız hücumlar məni sizə dəstək xahişi ilə müraciət etməyə məcbur etdi ki, biz bu hekayəni başa çatdıra, mənə və ailəmə müdafiəni təmin edə bilək", - vəzifəsini tərk edən hökumət başçısı bildirib. Məmur öz müraciətində ona aid edilən elit daşınmaz əmlaka sahib olmasını, eləcə də həyat yoldaşının saxta dövlət müqavilələrinin mövcudluğunu qətiyyətlə təkzib edib.
"La Nación"un məlumatına görə, qeydiyyata alınmamış aktivlər və bahalı səfərlər barədə dərc olunan materiallardan sonra Adorniyə qarşı istintaq başladılıb. Hökumət strukturlarında heç bir vəzifəsi olmayan məmurun həyat yoldaşının prezident təyyarəsində Nyu-Yorka uçuşu prokurorluğun böyük marağına səbəb olub.
Əvvəlcə Nazirlər Kabinetinin rəhbəri jurnalistlərin məlumatlarını təkzib edirdi, lakin sonradan öz əmlak bəyannamələrində təxminən 300 min dollar məbləğində yığımlarını qeyd etməməsinin səhv olduğunu etiraf edib. Adorni 2025-ci ilin oktyabrından Argentina hökumətinin rəhbəri vəzifəsində çalışırdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 182 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb
Çin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Məlumata görə, "Volkswagen"
28 iyunMessi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb. "Çempionat" portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşə
28 iyunTürkiyədə bıçaqlı hücum nəticəsində iki nəfər ölüb
Türkiyənin Kayseri vilayətində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb. "Report"un "TRT Haber"ə istinadən məlumatına görə, hadisə Qocasinan vilayətində yerləşən məscidlərin birinin önündə baş verib. İlkin məlumata əsasən, psixoloji problemləri olan Mehmet A. məscidin önündəki ik
28 iyunAvropada anomal istilər: İsveçrədə buzlaqlar sürətlə əriməyə başlayıb
Avropada müşahidə olunan güclü istilər fonunda İsveçrədəki buzlaqlar getdikcə daha sürətlə əriyir. xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Ötən qış İsveçrə buzlaqlarında toplanmış qar və buzun iyunun 29-dək tamamilə əriyəcəyi gözlənilir. "Alp dağlarının bütün ərazisind
28 iyunHamilə arvadını vedrədə boğub öldürdü
Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neç
28 iyunBu ölkədə azan qadağan olunacaq
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi
28 iyun