Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti: "Hər kəsdən üzr istəyirəm"

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti: "Hər kəsdən üzr istəyirəm"Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Səudiyyə Ərəbistanı yığması Uruqvay (1:1) və Kabo-Verde (0:0) komandaları ilə heç-heçə edib, İspaniyaya isə məğlub olaraq (0:4) qrupda sonuncu yeri tutub.

"Mən və həmkarlarım Səudiyyə futboluna xidmət etmək üçün əlimizdən gələni etdik, vətənimizin və azarkeşlərimizin ümidlərini doğrultmağa səmimi qəlbdən çalışdıq. Lakin milli komandamızın dünya çempionatının növbəti mərhələsinə adlaya bilməməsi ümumi hədəflərimizə uyğun gəlməyən bir nəticədir. Buna görə bütün məsuliyyəti öz üzərimə götürür və yığmamızı daha yaxşı mövqedə görmək istəyən hər kəsdən üzr istəyirəm. Hazırkı səlahiyyət müddətimin sonuna qədər işimi davam etdirməmək qərarına gəldim. Qəbul olunmuş qaydalara və reqlamentə uyğun olaraq, yeni direktorlar şurasına seçki üçün namizədlərin irəli sürülməsi prosesinə başlayacağıq", - deyə Əl-Mişal qeyd edib.

Qeyd edək ki, Əl-Mişal 2019-cu ildən federasiyaya rəhbərlik edirdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 195   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meksika vətəndaşlarını zəlzələdən zərər çəkmiş Venesueladan təxliyə edir

Meksika zəlzələdən zərər çəkmiş Venesueladan vətənə qayıtmaq istəyən iyirmidən çox vətəndaşını təxliyə edir. "Report"un xəbərinə görə, Meksika Xarici İşlər Nazirliyi (XİN) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. Nazirlik xatırladıb ki, bir gün əvvəl Meksika Hərbi Hava Qüvvələrin

28 iyun
.

Tehran Vaşinqtonu razılaşmanı pozmaqda günahlandırdı

İran Xarici İşlər Nazirliyi (XİN) bazar günü ABŞ-nin ölkənin cənub sahillərinə endirdiyi zərbələri qətiyyətlə pisləyən bəyanat yayıb. "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İran XİN-in bəyanatında Vaşinqtonun "qəddar hücumları"nın Tehran və Vaşinqton arasında əldə olunmu

28 iyun
.

Hamilə arvadını vedrədə boğub öldürdü

Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neç

28 iyun
.

Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı

Venesuelada xilasedicilər güclü zəlzələdən sonra təxminən dörd gün dağıntılar altında qalan kişi və onun yeniyetmə oğlunu sağ tapıblar. xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, xilasetmə tədbirləri paytaxt Karakasdan 40 kilometr şimal istiqamətind

29 iyun
.

3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı

DT peyvəndi difteriya və tetanus kimi həyati təhlükə yaradan iki infeksion xəstəliyə qarşı immunitet formalaşdırır. Bu xəstəliklər ciddi fəsadlara, hətta ölümə səbəb ola bildiyindən peyvəndlənmə onlardan qorunmağın ən təsirli yoludur. Difteriya bakterial mənşəli kəskin infeksion xəstəlikdir. Xəstəli

28 iyun
.

Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı

Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra

28 iyun
.

Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var - VİDEO

İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib. xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sosial şəbəkə paylaşımına istinadla məlumat yayıb. "Özəl şirkətə ziyan dəyib. İlkin ehtimallar

29 iyun
.

Kats: İMQ Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşır

İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmaq əmr edilib. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib. O, iyunun 26-da ABŞ-də İsrail və Livan arasında bağlanmış çərçivə sazişin

28 iyun
.

İsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb

Martın 2-də eskalasiya başlayandan bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 4 246 nəfərə yüksəlib. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb. Qurumun məlumatına görə, bu günədək xəsarət alanları

28 iyun