Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEOSon günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.

Oxu.Az xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:

"Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib. Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.

Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur".

[/youtube]


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 615   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

Bəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının "qurban" kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sər

29 iyun
.

"Demokratiya TV"nin rəhbəri həbs edildi

"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib. -ın məlumatına görə, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəl

29 iyun
.

Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək. -a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycanın ali məktəblərinə təlimatlar verilib. "Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqla

29 iyun
.

Metro "bənövşəyi xətt" üzrə yay qrafikinə keçir

İyulun 1-dən Bakı Metropoliteninin "bənövşəyi xətt"ində yay qrafikinin tətbiqinə başlanılır. Xətt üzrə qatarların hərəkəti "Xocəsən" - "8 Noyabr" və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq. Bu barədə "Bakı Metropliteni" QSC məlumat yayıb. Bildirili

29 iyun
.

Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? - Adil Qeybulla səbəbləri açıqladı

"Azərbaycanda orqan nəqli və transplantasiyanın inkişafı üçün müasir infrastruktur yaradılmalıdır. Bunun üçün ilk növbədə donor bankı formalaşdırılmalıdır". Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professorun sözlərinə görə, donor bankı vahid səhiyyə sistemi kimi fəaliyyə

29 iyun
.

Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO

2023-cü ildə Göygöl şəhərində almanların saldığı 6 küçədən biri olan Hummel küçəsində yeraltı şəhərcik aşkarlanıb. Yeddi tuneldən ibarət olan və vaxtilə şərab anbarı kimi istifadə edilən bu tarixi tikilinin əhəmiyyəti və keçmişi barədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ARB Televiziyasın

29 iyun
.

"Yay tətili uşağın özünü kəşf etməsi üçün ən yaxşı fürsətdir" - AÇIQLAMA

"Yay tətili uşaqların həm fiziki, həm də psixoloji baxımdan tam bərpası üçün zəruri olduğu qədər, zehni çevikliyini qoruması baxımından da əhəmiyyətlidir. Valideynlər yay dövründə məcburi tədris rejimindən uzaq duraraq inkişaf prosesini daha təbii şəkildə təşkil etməlidirlər. Ən səmərəli yanaşm

29 iyun
.

Bakı və İrəvanın mühüm anlaşması: İranın "zəif halqa" olduğu üzə çıxandan sonra... - VİDEO

İndiyə qədər Ermənistanın əsas internet trafiki Gürcüstandan keçirdi. İkinci tranzit istiqaməti İran idi. Ermənilər trafikin 20 faizinə qədərini oradan alırdılar. Baku TV-nin məlumatına görə, Yaxın Şərq münaqişəsindən sonra bu məsələdə İranın zəif halqa olduğu üzə çıxdı. İnternet trafikinin diversifikasiyas

29 iyun
.

Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək

Paytaxtda Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb. -a istinadən xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır. Məlumata əsasən

29 iyun