Hansı hallarda bəraət hökmü çıxarılır?

Hansı hallarda bəraət hökmü çıxarılır?Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:

- cinayət hadisəsi olmadıqda;

- şəxsin əməlində cinayət tərkibi olmadıqda;

- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;

- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.

M.Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.

Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.

M.Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun şəkildə əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.

Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.

Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.

Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.

Hakim əlavə edib ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 191   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abbas Abbasov: "Qərbi azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir" - VİDEO

"Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək lazımdır". Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ABŞ Konqresinin binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə

29 iyun
.

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini

29 iyun
.

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

"Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bu, məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndirilib. Cari ilin oktyabrında

29 iyun
.

Bakının mərkəzində bəzi obyektlər sökülür

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlanılıb. "Yeni Sabah"a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəl

29 iyun
.

Hörmüz boğazından dörd gün ərzində 124 gəmi keçib

Son dörd gün ərzində Hörmüz boğazından 124 yük gəmisi keçib. Gəmi hərəkətini izləyən Kpler şirkətinin təhlilinə görə, hazırda boğazdan keçən yük gəmilərinin sayı İran ətrafında gərginlik yaranmazdan əvvəlki səviyyəyə yaxınlaşıb. Şirkətin statistikası yalnız tankerlər, toplu yük gəmiləri, həmçinin mayeləşdirilmi

29 iyun
.

Almaniyada atışma: Ölənlər var

Almaniya polisi ölkənin şimalında, Aşağı Saksoniyanın Ştade şəhərinin mərkəzində xüsusi əməliyyat keçirir. -ın xəbərinə görə, bu barədə "T-Online" portalı yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat verib. İlkin məlumata görə, atışma olub və beşə qədər insan ölüb. Poli

29 iyun
.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən

29 iyun
.

Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb. Ümumi müddəalar. Qərara əsasən, bu Qaydalar məktəbəhazırlı

29 iyun
.

Sadır Japarov: "Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının inteqrasiyasına töhfə verib"

"100 il əvvəl Bakıda dildə, fikirdə və əməldə birlik şüarı altında türk dünyasının intellektual dirçəlişinin əsası qoyulub". "Report"a istinadən xəbər verir ki, bu, Qırğızıstan Prezidenti Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsini

29 iyun