Bakının mərkəzində bəzi obyektlər sökülür

Bakının mərkəzində bəzi obyektlər sökülürAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlanılıb.

Sonxeber.az "Yeni Sabah"a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.

Metronun "Nəriman Nərimanov" stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.

Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 394   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azyaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü M.Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb. 5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib

30 iyun
.

Azərbaycan tikinti materiallarına dair yeni dövlət standartlarını qəbul edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib. xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb. Məlumata görə, yeni dövlə

29 iyun
.

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu - FOTO

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının həkimi, tibb xidməti mayoru Zaur Nağıyev beynəlxalq seminarda birinci yeri qazanıb. Bizim.Media xəbər verir ki, həkim Avstriya Respublikasının Salzburg şəhərində keçirilən, 28 ölkədən LOR həkimlərinin qatıldığı beynəlxalq seminarda, proqram boyunca keçirilə

30 iyun
.

Emindən ev istəyən UFC döyüşçüsünə hədiyyə - Video

Xalq artisti Emin Ağalarov "UFC Fight Night Baku" turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedovlə görüşüb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. Emin döyüşdən sonra oktaqonda ondan ev istəyən idmançıya saa

30 iyun
.

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasova Kəlbəcər rayon 84 saylı orta məktəbin tarix müəllimi olub. Bildirili

30 iyun
.

Bəzi insanlarda empatiya hissinin olmamasının əsas psixoloji səbəbləri nələrdir? - AÇIQLAMA

Empatiya hissi insanların bir-birinin duyğu və düşüncələrini anlamaq, sağlam münasibətlər qurmaq və sosial harmoniyanı qorumaq baxımından mühüm rol oynayır. Lakin bəzi insanlarda bu hissin zəif olduğu, hətta bəzən tamamilə müşahidə edilmədiyi görünür. Bunun səbəblərinin nədən qaynaqlandığı və sonrada

30 iyun
.

Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı

"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb". "Qafqazinfo" xəbər verir ki, bunu "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, ölkə üzr

30 iyun
.

Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib

Artıq bütün müəllimlər sertifikatlaşdırma imtahanlarından keçib. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bu proses 2022-2026-c

30 iyun
.

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində "Metrik Konvensiya"nın ratifikasiyası, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla ümumilikd

30 iyun