Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edibBəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının "qurban" kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sərt mövqe nümayiş etdiriblər.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan QHT-lərinin, şəhid ailələri, itkin düşmüş şəxslərin yaxınları, mina terrorunun qurbanları, keçmiş məcburi köçkünlərin yaydıqları açıq məktubda Ruben Vardanyanın və digərlərinin törətdiyi ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib. Onların adı ilə süni şəkildə qurulan kampaniyalar bu cinayətlərin real qurbanlarının - onilliklər boyu münaqişə, işğal, etnik təmizləmə, terror və mina təhlükəsindən birbaşa zərər çəkmiş minlərlə azərbaycanlının haqlı səsini boğmaq və kölgədə qoymaq məqsədi daşıyır.

Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampa ünvanlanmış açıq məktub, ABŞ Konqresində irəli sürülmüş birtərəfli təşəbbüslərlə bağlı kəskin etiraz müraciətləri , həmçinin Lemkin İnstitutu (https://report.az/en/foreign-politics/azerbaijani-ngos-call-on-us-based-lemkin-institute-to-apologize), Böyük Britaniya parlamentinin üzvləri (https://www.azernews.az/nation/254843.html) və digər beynəlxalq təsisatlara göndərilən bəyanatlar xatırladılır. Müraciət müəllifləri xüsusi olaraq bəyan edirlər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir.

Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir.

Məktubda bildirilir ki, 2025-ci ilin avqustunda Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması regionda fundamental və yeni inkişaf mərhələsinin əsasını qoyub. Bununla yanaşı, qətiyyətlə vurğulanır ki, Cənubi Qafqazda davamlı sülh yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verilməsi, cinayətkarların qanun qarşısında məsuliyyətə cəlb edilməsi və qurbanların tapdanmış hüquqlarının tam bərpası əsasında mümkündür.

Açıq məktubun tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 429   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi Gün

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasın

17 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr