"Birinci Türkoloji Qurultay ilk dəfə olaraq müxtəlif türk xalqlarını vahid elmi platformada birləşdirir" - DEPUTAT
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi önəm verir, və bu yöndə uzaqgörən siyasət həyata keçirir. Təsadüfi deyil ki, 2024-cü il, fevralın 14-də Prezident andiçmə mərasimində çıxışı zamanı "Bizim ailəmiz Türk dünyasıdır" ifadəsini işlətmişdir. Bu gün türk xalqlarının tarix boyunca səfər etdikləri qədim yollardan biri olan Zəngəzur dəhlizi Dövlət Başçımızın uğurlu diplomatik gücü sayəsində yenidən açılır.
Birinci Türkoloji Qurultayın 100 illiyi bu il qeyd olunur. Bakıda bu çərçivədə "Türk Dünyası Həftəsi" keçirilir və TDT üzv ölkələrindən rəsmi şəxslər, elm adamları iştirak edir. Birinci Türkoloji Qurultay sadəcə elmi toplantı deyil, türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəsidir. Onun irəli sürdüyü ideyalar həmin dövrdə siyasi maneələrlə qarşılaşsa da, bu gün yenidən aktuallaşaraq türk xalqları arasında inteqrasiya və əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan qurultayın 100 illik yubileyinin qeyd olunması yalnız keçmişə hörmət deyil, həm də gələcəyə yönəlmiş strateji və mədəni bir addımdır.
Birinci Türkoloji Qurultayın əhəmiyyəti bir neçə istiqamətdə xüsusilə önəmlidir. Qurultay ilk dəfə olaraq müxtəlif türk xalqlarını vahid elmi platformada birləşdirir. Bu, ortaq kimlik və birlik ideyasının formalaşmasına güclü təkan verdi. Türkologiyanın əsas problemləri sistemli şəkildə müzakirə edildi. Bu baxımdan qurultay elmi istiqamətləri müəyyənləşdirdi və gələcək tədqiqatlar üçün baza yaratdı.
Azərbaycan bu prosesdə fəal rol oynayır. Qurultayın Bakıda keçirilməsi və əlifba islahatının burada başlaması Azərbaycanın regional lider və intellektual mərkəz rolunu gücləndirir. Bu gün qurultayın ideyaları yenidən həyata keçirilir, türk dövlətləri arasında əməkdaşlıq güclənir, ortaq mədəni və dil siyasəti aktuallaşır.
Türk xalqlarının təkamülü və bu günümüzədək, birləşmək uğrunda keçdiyi məşəqqətli yolu əks etdirən tarixi və elmi faktların yer aldığı vahid ensiklopediyanın yaradılması da qiymətli bir əsər olar. Həmçinin, TDT üzv ölkələrinin alimlərinin birgə işi kimi ərsəyə gələ bilər.
TDT artıq geosiyasi, geoiqtisadi vahid platforma rolunu təsdiqləyib. Bu çərçivədə yumşaq güc diplomatiyasının da gücləndirilməsi, müxtəlif elmi platformaların yaradılması və ortaq tarixi keçmişin, dilin, dəyərlərin, irsin qorunması, təbliği və inkişafı xalqlararası əməkdaşlığa mühüm töhfə verir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır