Tbilisidə azərbaycanlı gənc qızın qətli ilə bağlı dəhşətli detallar

Tbilisidə azərbaycanlı gənc qızın qətli ilə bağlı dəhşətli detallarGürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız öldürülüb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.

Bildirilib ki, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova xüsusi amansızlıqla qətlə yetirilib.

B.Pataraia qeyd edib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

"Sapari" təşkilatının rəhbəri yazır ki, artıq prokurorluğa müraciət edib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilir.

"Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) instaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi.

Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona "Gürcüstanda birlikdə yaşayarıq və işləyərik" deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi qızın "IPhone" telefonunu lombarda qoyub, bundan əvvəl isə onu amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Döyülmüş və yad bir ölkədə köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və "Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam" deyərək qızı aparıb.

Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib və deyib: "İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə, mənzilinə gedib baxasınız". Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik).

Həmin erməni qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub.

Bu gün səhər prokurorluğa müraciət etmişik, order göndərib və işə cəlb olunmasını tələb etmişik. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.

Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, bu işin materiallarını öyrənmək imkanımız olsun", - deyə B.Pataraia yazıb.

Gürcüstan mediasında yayılmış digər məlumata görə, hadisə bu il iyunun 26-sı baş verib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə girov kimi saxlanılıb. Xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Yayılan məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, F.Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu - xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı öldürmək olub.

Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, o, yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 506   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13 sentyabr
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

6 sentyabr
.

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Qasım Maqsudovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 1 00 manat cərimə cəzası təyin edilib. İttiham

10 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45

12 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr