Həyat yoldaşından halallıq istəyən 28 yaşlı kişi ölü tapıldı - VİDEO
Türkiyənin Aksaray vilayətində həyat yoldaşına halallıq istədiyini bildirən mesaj göndərdikdən sonra itkin düşən 28 yaşlı Selahattin Ç. dağlıq ərazidə başından güllə yarası almış vəziyyətdə ölü tapılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Aksarayın mərkəzinə bağlı Akın kəndi yaxınlığındakı dağlıq ərazidə baş verib.
Məlumata görə, psixoloji sarsıntı keçirdiyi bildirilən Selahattin Ç. həyat yoldaşına göndərdiyi mesajda halallıq istəyib və bundan sonra yoxa çıxıb.
Mesajı alan qadın dərhal təcili tibbi yardım xidmətinə məlumat verib. Bundan sonra polis əməkdaşları gəncin gedə biləcəyi istiqamətlərdə genişmiqyaslı axtarışlara başlayıb. Bir gün davam edən axtarışlara baxmayaraq, onun yerini müəyyənləşdirmək mümkün olmayıb.
Gecə saatlarında heyvan sığınacağında çalışan mühafizəçi dağlıq ərazidə sahibsiz motosiklet görərək vəziyyətdən şübhələnib və aidiyyəti qurumlara məlumat verib. Hadisə yerinə gələn jandarma əməkdaşları motosikletdən təxminən 50 metr aralıda yerdə uzanmış kişi meyiti aşkar ediblər.
Hadisə yerinə çağırılan tibb işçiləri şəxsin həyatını itirdiyini təsdiqləyiblər. İlkin araşdırma zamanı onun baş nahiyəsindən odlu silahla vurulduğu müəyyən edilib. Meyitin yaxınlığında bir tapança və çoxsaylı boş patron gilizləri aşkarlanıb.
Hadisə polis ərazisində baş verdiyi üçün araşdırma Aksaray Polis İdarəsinin Cinayət Axtarış və Hadisə Yeri Araşdırma şöbələrinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı istintaq davam edir, əsas versiyalardan biri kimi intihar ehtimalı nəzərdən keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 660 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrÜç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
6 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabr