Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib.
"Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq", - Zelenski dəqiqləşdirib.
Onun sözlərinə görə, dronlar müxtəlif platformalardan, o cümlədən dəniz obyektlərindən buraxılacaq. Gələcək donanma gəmiləri, aviasiyanı, suüstü və sualtı dronları birləşdirəcək. Xüsusilə, dronlara qarşı mübarizə məqsədilə Odessa regionunda hava hücumundan müdafiəni (HHM) gücləndirmək üçün helikopterlərin sayının artırılması nəzərdə tutulub.
Zelenski bildirib ki, Ukrayna həmçinin Türkiyədə "Hetman İvan Mazepa" və "Hetman İvan Vıqovski" adlı sualtı qayıq əleyhinə korvetlərin inşası üzərində işləyir, eləcə də daha iki korvet inşa etməyi planlaşdırır.
O, Odessada yeni mina əleyhinə gəmilər briqadasının və Hərbi Dəniz Akademiyasının yaradılacağını elan edib. Zelenskinin sözlərinə görə, briqada dənizdə fəaliyyət göstərəcək və zərurət yarandıqda gəmiçiliyin təhlükəsizliyinə zəmanət vermək üçün tərəfdaşlara kömək edəcək.
"Avropadakı bir çoxlarından üstünlüyümüz bundadır: biz Ukrayna təcrübəmizi, peşəkarlığımızı, hərbi ekspertizamızı bizə kömək etmiş və kömək edənlər üçün yeni təhlükəsizlik zəmanətlərinin əsasına çevirə bilərik", -o bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 204 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz
5 iyulÇində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
5 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulBritaniyalı gəncin komada gördüyü yuxu gerçək olub
Böyük Britaniyada bir ay ərzində iki dəfə komaya düşən şəxs bu vəziyyətin ona gələcəyi görmə qabiliyyəti bəxş etdiyini iddia edir. xəbər verir ki, Böyük Britaniyanın "Mirror" qəzeti qeyri-adi bir hadisə barədə məlumat yayıb. Məlumata görə, 2024-cü ilin oktyabr ayında 26 yaşlı Kinan Ekton iştira
4 iyulRusiya Konstantinovkada atəşi dayandırmağı təklif edib
Rusiya həlak olmuş əsgərlərin meyitlərinin təhvil verilməsi üçün Ukraynaya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib
5 iyul