Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zamanı bildirib.
"Biz çox yaxında Marsa yollanacağıq. Hesab edirəm ki, biz Ayı fəth edib daha da irəli gedəcəyik. Sonra isə istiqamətimiz Mars olacaq", - deyə ABŞ lideri əlavə edib.
Tramp xatırladıb ki, onun administrasiyasının təşəbbüsü ilə birinci prezidentlik müddəti dövründə ABŞ Kosmik Qüvvələri yaradılıb. "Bəziləri rişxənd edirdi, bunun axmaqlıq olduğunu düşünürdü. İndi isə anlayırlar ki, bu, etdiyimiz ən mühüm işlərdən biridir. Biz kosmosda Çin və Rusiyaya uduzurduq, indi isə böyük addımlarla onlardan öndə gedirik", - deyə Tramp iddia edib.
Qeyd edək ki, NASA-nın rəhbəri Cared Ayzekman may ayında verdiyi açıqlamada qurumun 2032-ci ilə qədər Ayda ABŞ-nin daimi məskunlaşma stansiyasını yerləşdirmək niyyətində olduğunu bildirmişdi. NASA rəsmiləri qeyd ediblər ki, onlar Ayda gələcəkdə Marsa idarəolunan uçuş həyata keçirməyə imkan verəcək texnologiyaları sınaqdan keçirməyi planlaşdırırlar. Qurum bu missiyanın 2040-cı ilə qədər təşkil oluna biləcəyini ehtimal edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 381 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrİsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir
İsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir. xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçki Komissiyasını
14 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabrSakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13 sentyabr