Bu düyməyə basın - Əlavə qurutma maşını almayın
Bir çox insan paltaryuyan maşında yalnız əsas yuma proqramlarından istifadə edir və əlavə funksiyalara diqqət yetirmir. Halbuki bəzi rejimlər paltarların daha tez qurumasına kömək edir və gündəlik işi xeyli asanlaşdırır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, paltarları daha quru vəziyyətdə əldə etmək üçün ayrıca qurutma maşını almağa ehtiyac yoxdur.
Bunun üçün paltaryuyan maşındakı əlavə sıxma funksiyasından istifadə etmək kifayətdir.
Hansı funksiya paltarların daha tez qurumasını təmin edir?
Söhbət əlavə sıxma (Spin) və ya maksimum dövriyyə ilə sıxma rejimindən gedir. Əksər müasir paltaryuyan maşınlarda bu funksiya spiral işarəsi və ya "spin" düyməsi ilə göstərilir.
Mütəxəssislər tövsiyə edirlər ki, əsas yuma proqramı başa çatdıqdan sonra paltarları dərhal çıxarmaq əvəzinə, maksimum dövriyyədə qısa əlavə sıxma rejimi işə salınsın.
Maşının modelindən asılı olaraq bu göstərici 1200, 1400 və ya 1600 dövr/dəqiqə ola bilər. Bu zaman parçanın tərkibində qalan suyun böyük hissəsi xaric edilir və paltarlar xeyli quru vəziyyətdə çıxır.
Bu üsul niyə effektivdir?
Adi sıxmadan sonra belə, xüsusilə dəsmal, yataq dəsti, cins şalvar və qalın parçalarda xeyli miqdarda nəmlik qalır.
Əlavə sıxma rejimi liflərdə qalan suyu da çıxardığı üçün paltarların çəkisi azalır və onların quruma müddəti bir neçə saat qısalır. Yay aylarında bu üsuldan sonra paltarlar açıq havada və ya eyvanda bir saatdan da az müddətdə quruya bilər.
Peşəkar camaşırxanaların istifadə etdiyi üsul
Peşəkar camaşırxanalarda əlavə sıxma rejimindən əvvəl barabana böyük və quru махra dəsmal qoyulur.
Sıxma zamanı dəsmal digər paltarlardakı artıq nəmin bir hissəsini özünə çəkir. Bu üsul xüsusilə az sayda paltar yuyulduqda daha yaxşı nəticə verir və paltarların daha quru çıxmasına kömək edir.
Bu üsul hansı geyimlər üçün uyğundur?
Əlavə sıxma rejimi əsasən yataq dəstləri, dəsmallar, futbolkalar, idman geyimləri, cins şalvarlar, pambıq köynəklər və uşaq geyimləri üçün uyğundur.
Lakin ipək, yun və bəzi zərif sintetik parçaları maksimum dövriyyədə sıxmaq tövsiyə edilmir. Bu, parçanın liflərinə zərər verə və formasını poza bilər.
Paltarların daha tez quruması üçün başqa nə etmək olar?
Mütəxəssislər barabanı normadan artıq doldurmamağı, paltarları sıxmadan dərhal sonra asmağı, geyimlər arasında kifayət qədər məsafə saxlamağı və otaqda yaxşı havalandırma təmin etməyi məsləhət görürlər. Həmçinin hər parça növü üçün icazə verilən ən yüksək sıxma sürətindən istifadə etmək quruma müddətini xeyli azaldır. Bu sadə qaydalar hətta sərin və yağışlı havalarda belə paltarların daha tez qurumasına kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 594 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabr