Buzlu su sizi sərinləşdirmir, əksinə... - Ekspertdən gözlənilməz açıqlama

Buzlu su sizi sərinləşdirmir, əksinə... - Ekspertdən gözlənilməz açıqlamaİsti havada bir stəkan buzlu su içmək, soyuq duş qəbul etmək və ya çaya girməklə sərinləşməyə çalışmaq təhlükəli illüziya ola bilər.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə fizioloq Nina Duvanova xəbərdarlıq edib.

Ekspert izah edib ki, insan bürkülü havada qəfil soyuq suya daxil olduqda, orqanizm damarların reflektor spazmı ilə reaksiya verir.

"Damar spazmı arterial təzyiqin qəfil yüksəlməsinə, nəbzin sürətlənməsinə və ürəyə kritik yük düşməsinə səbəb olur. Bu vəziyyət, xüsusilə, hipertoniya və aterosklerozdan əziyyət çəkən insanlar üçün təhlükəlidir. Nəticədə aritmiya, infarkt və ya insult riski arta bilər. Hətta gənc və sağlam insanlar da soyuq şokundan sığortalanmayıblar", - deyə o bildirib.

Nina Duvanova qeyd edib ki, buzlu içkilər orqanizmi susuzluqdan xilas etmir, əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

"Soyuq maye mədə-bağırsaq traktında damarların spazmına səbəb olur və suyun sorulmasını çətinləşdirir. Orqanizm daxil olan mayeni qızdırmaq üçün əlavə enerji sərf edir. Beləliklə, qapalı dairə yaranır: nə qədər çox soyuq su içirsinizsə, yorğunluq və susuzluq hissi bir o qədər artır", - deyə fizioloq vurğulayıb.

Onun sözlərinə görə, soyuq içkilərdən uzun müddət və həddindən artıq istifadə şişkinlik, halsızlıq, köp, mədə-bağırsaq sistemində ağırlıq hissi və yorğunluğa səbəb ola bilər. Qadınlarda isə menstrual dövrün pozulması riski yarada bilər.

Riskdən qorunmaq üçün mütəxəssis aşağıdakı tövsiyələri verib:

- otaq temperaturunda olan suyu kiçik qurtumlarla için;

- mayeni udmazdan əvvəl qısa müddət ağızda saxlayaraq isinməsinə imkan verin;

- əllərinizi və biləklərinizi sərin suyun altında saxlayaraq bədəninizi sərinlədin;

- ayaq pəncələrinə və baldırlara sərin su tökün;

- kuperoz yoxdursa, üz və boyun nahiyəsini buz parçası ilə silin.

Mütəxəssis vurğulayıb ki, bədəni soyuğa alışdırmağa 40 dərəcəlik istidə deyil, tədricən başlamaq lazımdır.

Ekspert əlavə edib ki, Şərq ölkələrində qədimdən isti havalarda isti çay içilməsi ənənəsi mövcuddur. Bu, tərləmə prosesini sürətləndirir və orqanizmin təbii yolla soyumasına kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 488   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr