İngiltərədə tarixi kənddə kababxanaya icazə verilmədi
Britaniyalı restoran sahibi İngiltərənin romantik məkanlarından biri hesab edilən və şair Uilyam Vordsvortun adı ilə bağlı olan Qrasmir kəndində gecə-gündüz fəaliyyət göstərəcək kababxana açmaq planına görə yerli sakinlərin etirazı ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, sakinlər ənənəvi kənd kafesinin kababxanaya çevrilməsinə və müəssisənin sutka ərzində 24 saat fəaliyyət göstərməsinə qarşı çıxıblar.
Mübahisə restoran sahibi Şvan Hderin "Goody Blakes" adlı kiçik kafeni isti yeməklərin satıldığı məkana çevirmək üçün bələdiyyəyə rəsmi müraciət etməsindən sonra başlayıb. Sahibkar obyekti "Grasmere Kebab Shop" adı ilə fəaliyyətə başlatmağı planlaşdırırdı.
Kənd şurası sakinlərin çoxsaylı etirazları və petisiyalarından sonra restoran sahibinin müraciətinin rədd edilməsini yekdilliklə dəstəkləyib. Şura layihənin Leyk-Distrikt Milli Parkının ekosistemi üçün təhlükə yarada biləcəyini bildirib.
Qrasmirdə fəaliyyət göstərən ekoloji və tarixi irsin qorunması üzrə fəallar da layihəyə qarşı bir sıra arqumentlər irəli sürüblər. Onların fikrincə, fastfud məntəqəsi qədim küçələrdə daimi tüstü və yağ qoxusunun yaranmasına səbəb olacaq.
Bundan əlavə, obyekt ibtidai məktəbdən cəmi 100 metr məsafədə yerləşir. Bu isə Böyük Britaniyada məktəblərin yaxınlığında zərərli qida satışı məntəqələrinin fəaliyyətini məhdudlaşdıran sanitariya və sosial normalara zidd hesab olunur.
Sakinlər həmçinin gecə saatlarında avtomobil hərəkətinin artacağından və birdəfəlik qablaşdırmalardan yaranacaq plastik tullantıların çoxalacağından narahat olduqlarını bildiriblər.
İctimai təzyiqlərdən sonra şura lisenziyanın verilməsi prosesini rəsmi olaraq dayandırıb. Lakin restoran sahibi ona qarşı səsləndirilən tənqidləri "inanılmaz və qərəzli" adlandırıb.
O bildirib ki, kommersiya planlarından imtina etmək niyyətində deyil və hazırda həm apellyasiya şikayəti hazırlayır, həm də yenidən təqdim etmək üçün layihəyə dəyişikliklər edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 805 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabr