"Nə vaxta kimi ailənin bütün yükü qadınların üzərinə düşəcək, o vaxta qədər boşanmaların sayı çoxalacaq" - SOSİOLOQ

"Nə vaxta kimi ailənin bütün yükü qadınların üzərinə düşəcək, o vaxta qədər boşanmaların sayı çoxalacaq" - SOSİOLOQ"Nə vaxta qədər ailənin bütün yükü qadınlara yüklənəcək o vaxta qədər boşanmaların sayı artmaqda davam edəcəkdir".

Bunu Sonxeber.az-a danışan sosioloq Nəzrin Əhmədzadə bildirib.

Sosioloq qeyd edib ki, ailələrdə namuslu olmaq qadınlardan tələb olunur:

"Bu gün ailədə bütün nəslin namusu o ailədə böyüdülən qıza yüklənir. Oğlana isə o kişidi, nəyləsə də ona heç kim nəsə deyen deyil prizmasından yanaşırlar. Niyə bu gün kişilər etdikləri səhvə görə deyil məhz qadınlar mühakimə olunur. Bunun səhvi də yenə də qadınlardır. Çünki bəzi anlar oğlanların sən neyləsən olar psixologiyası ilə böyüdürlər. Nəticədə də onlar ailə quranda məsuliyyətlərini dərk etmir, hətta mən kişiyəm mənə olar prizmasından yanaşaraq hətta həyat yoldaşlarına xəyanət də edirlər. Qadın da xəyanət etdiyi üçün həyat yoldaşından boşanmaq istəyəndə də hər kəs kişini müdafiə edir, hətta onun başqa qadınla münasibətdə olmasını ayrılma səbəbi kimi görmürlər. Amma o xəyanəti qadın etsə ona əxlaqsız damğası vurub, hətta qətlə də yetirirlər. Hələ bizim cəmiyyət anlamır ki, xəyanət edən tək qadın əxlaqsız deyil, kişi də əxlaqsızdır və o xəyanəti tək xanımına yox ailəsinə, övladlarına etmiş olur".

Sosioloq vurğulayıb ki, bu gün bəzi kişilər var ki, anasının icazəsi olmadan həyat yoldaşına və uşaqlarına heç nə almır və yaxud da nəyisə barədə qərar verə bilmirlər:

"Təsəvvür elə sən həyat yoldaşınla gəzməyə getmək istəyirsən qaynana icazə vermədiyi üçün gedə bilmirsən. Hətta uşaq dünyaya gətirib-gətirməməyinə qaynana icazə verməlidir. Bu cür ailə olar? Əlbəttə ki, böyüklərə hörmət edilməli və məsləhət alınmalıdır. Amma kişi ailə qurursa məsuliyyətini dərk etməlidir. Mən kişiyəm mənə hər şey olar deyib, həyat yoldaşına və övladlarına hörmətsizlik etməməlidir. Ən önəmlisi isə qurduğu ailəsinin namusunu tək qadından deyil, özünün qorumalı olduğunu dərk etməlidir. Mən qadınlardan, xüsusilə də analardan xahiş edirəm ki, oğlanlarınızı şəxsiyyət kimi böyüdün, onlara qadınlara dəyər verməyi öyrədin. Daha sən kişisən sənə hər şey olar düşüncəsi ilə yox".

"Bu gün bütün kişilər düşünür ki, pul qazanırsa üzərinə düşən öhdəlikləri yerinə yetirmiş olur. Hətta bəziləri sən neyleyirsən guya bütün günü evdə, yeyib yatırsan deyə alçaldan da var. Daha düşünmürlər ki, onlar əgər təkcə pul qazanırlarsa, qadınlar evin təmizliyindən, həyat yoldaşının və uşaqların təmiz geyimindən, yeməyindən və övladlarının düzgün tərbiyəsindən birbaşa cavabdehdir. Gəlin araşdıraq görək neçə faiz kişi uşaqların tərbiyəsində və ev işlərində həyat yoldaşlarına kömək edir. Hamısı deyəcək ki, mən kişiyəm, ev işlərini qadın görməlidir. Gülməli olan bilirsiniz nədir?Qadın işləyib maddi cəhətdən həyat yoldaşına kömək etməsi ayıb hesab olunmur, kişinin ev işi görməsi ayıb hesab edilir. Biz boşanmaların qarşısını almaq üçün ilk olaraq kişi və qadına olan yanaşma tərzini dəyişməliyik. Ən önəmlisi isə qızlarımızı kişilərin qulu kimi yox, şəxsiyyət kimi, güclü öz ayaqları üzərində durmağı bacaran savadlı qadin kimi böyütməliyik. Uşaqlıqdan onlara cehiz yığmaq yerinə, qızlarımızın savadlı və güclü böyüməkləri üçün çalışmalıyıq", - deyə sosioloq qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 453   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr