AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - Fotolar
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib.
Sonxeber.az xəbər verir ki, tədbirdə iştirakçılar şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf və gələcək karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Bu il çoxmərhələli seçim prosesini uğurla tamamlayan 100 tələbə Azərbaycan Hava Yollarının müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcək, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə yaxından tanış olacaqlar.
Azərbaycan Hava Yolları üçün Yay Təcrübə Proqramı yalnız tələbələr üçün təcrübə imkanı deyil, həm də şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına yönəlmiş uzunmüddətli inkişaf platformasıdır.
Bu məqsədlə milli aviadaşıyıcı uzun illərdir ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir, tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və gələcək karyeralarını aviasiya sahəsində qurmasına dəstək verir.
Bu istiqamətdə Azərbaycan Hava Yolları ilə Milli Aviasiya Akademiyası arasında formalaşmış uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2023 - 2025-ci illər ərzində proqram çərçivəsində Akademiyanın 300-dən çox tələbəsi müxtəlif struktur bölmələrində təcrübə keçib.
Onlardan 60 nəfəri proqramı uğurla başa vurduqdan sonra Azərbaycan Hava Yollarında daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini şirkətdə davam etdirir.
Son illərdə proqrama maraq da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü illə müqayisədə cari ildə müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə çatıb. Bu göstərici gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda Azərbaycan Hava Yollarının etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma kimi mövqeyinin daha da gücləndiyini göstərir.
Qeyd edək ki, bu il seçilmiş tələbələr arasında əsasən Kompüter mühəndisliyi, Aviasiya və aerokosmik mühəndislik kimi texniki ixtisaslar üzrə təhsil alan gənclər üstünlük təşkil edir. Bu, Azərbaycan Hava Yollarının strateji inkişaf prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 135 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - Fotolar
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib
7 iyul"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu barədə -a təqsirləndirilən bloqerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin bildirdiyinə görə, İlduz
6 iyulDənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatl
6 iyul"Toppuş bacı"nın ailəsində ağır itki!
Mərhum Əməkdar artist, Toppuş bacı kimi tanınan Tünzalə Əliyevanın qardaşı Elxan Sahib oğlu Bayramov vəfat edib. OLAY yazır ki, 58 yaşlı E. Bayramovun Moskvada ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Pagvision-un əldə etdiyi məlumata görə, onun nəşi Gəncəyə gətirilərək "İmamzadə" ziyarətga
6 iyulNəriman Həsənzadə hələ də reanimasiyadadır
Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır. Bu barədə "Qafqazinfo"ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib. "Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabi
6 iyulNaxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü - ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. "Qafazinfo" xəbər verir ki, qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, Şərur rayon sakini Rəşad Məmmədo
6 iyulŞıx çimərliyindəki həmin görüntülərlə bağlı rəsmi açıqlama - Video
Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosia
6 iyulNazir Cəmilə Qurbanovanı vəzifəsindən azad etdi
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib. Qeyd edilib ki, səhiyyə naziri Teymur Musayevin əmri il
6 iyul