Kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilər? - AÇIQLAMA
Şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan dövlətinin sosial siyasətinin əsas prioritetidir. Bu təbəqədən olan vətəndaşların həyat şəraitinin yüksəldilməsi və problemlərinin həlli istiqamətində kompleks tədbirlər planlı şəkildə həyata keçirilir.Şəhid ailələrinin və müharibə əlillərinin mənzillər və fərdi evlərlə təmin edilməsi istiqamətində genişmiqyaslı dövlət proqramları icra edilir.Qazilərin və şəhid ailəsi üzvlərinin əmək bazarına inteqrasiyası, kiçik ailə təsərrüfatlarının qurulması (özünüməşğulluq proqramları) üçün aktiv tədbirlər görülür.Müharibə iştirakçılarına yönələn müxtəlif sosial ödənişlər, təqaüdlər təyin edilir və reabilitasiya mərkəzlərində bərpaedici müalicələr təşkil olunur. Bu gün təklif olunan məsələlərdən biri də şəhid və qazi ailələrinin kommunal xidmətdən pulsuz yararlanmasıdır. Kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, əldə etdiyimiz möhtəşəm zəfərləri xalq və dövlət olaraq Ali Baş Komandana, hərbiçilərimizə və qazilərimizə borcluyuq:
"Məhz buna görə də şəhid ailələri və qazilərimizə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bilirsiniz ki, hər şəhidə görə ailəyə aylıq 700 manat məbləğində Prezident təqaüdü ödənilir. Şəhid və qazi ailələrinin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi reabilitasiyası və məşğulluğunun təmin edilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən geniş dəstək proqramları həyata keçirilir. Bunlarla yanaşı kommunal xidmətlərin pulsuz olması da o ailələr üçün dəstəkdir. Ona görə hesab edirəm ki, bu məsələnin gündəmə gətirilib, müzakirə olunması mümkündür. Müvafiq orqanlar bununla bağlı bütün mümkün variantlar barədə araşdırma aparmalı və təkliflərini irəli sürə bilərlər. Artıq, bu ilin büdcəsi artıq təsdiqlənib. Amma gələn ilin büdcəsinin qəbulu zamanı bu məsələyə baxıla bilər. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Onlar üçün də müəyyən imtiyazlar var idi. Bu imtiyazlar onlar tam doğma yurdlarına qayıtdıqdan sonra ləğv ediləcək. Bundan sonra da şəhid və qazi ailələrimiz üçün kommunal xidmətlərin pulsuz olması məsələsinə baxıla bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 507 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr