İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİİyulun sonunda α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq.
Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq.

Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı-31 iyul gecəsi yaranacaq.

α-Kaprikornid meteor axınının radiantı Oğlaq (Capricornus) bürcündə yerləşir. Bakı şəhərindən baxdıqda radiant gecə boyu üfüqdən yuxarıda olduğuna görə meteorları bütün gecə ərzində müşahidə etmək mümkündür. Bununla belə, ən əlverişli müşahidə vaxtı gecə saat 01:00 radələri hesab olunur. Həmin vaxt radiant səmanın ən yüksək nöqtəsinə qalxır və Yerin fırlanması nəticəsində müşahidəçi meteor axınının istiqamətinə daha optimal vəziyyətdə yerləşir.

Meteor yağışının maksimumunda ideal şəraitdə zenit saatlıq meteor sayı (ZHR) təxminən 5 meteor/saat təşkil edir. Lakin Bakı enliklərində radiantın maksimum hündürlüyü cəmi 39° olduğundan real müşahidələr zamanı saatda orta hesabla 3 meteor görmək mümkün olacaq.
Bu il müşahidələr üçün əsas əlverişsiz amillərdən biri Ayın fazasıdır. Meteor yağışının maksimumu zamanı Ay tam fazadan cəmi iki gün sonrakı mərhələdə olacaq və güclü Ay işığı zəif meteorların görünməsini xeyli çətinləşdirəcək. Buna baxmayaraq, α-Kaprikornid meteor axını bəzən çox parlaq, uzun iz buraxan "od topu" (fireball) tipli meteorları ilə tanındığından, parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

α-Kaprikornid meteorlarının digər fərqləndirici xüsusiyyəti onların nisbətən yavaş hərəkət etməsidir. Bu meteorlar Yer atmosferinə təxminən 23 km/s (təxminən 82 800 km/saat) sürətlə daxil olur.

Meteor yağışları Yer Günəş ətrafındakı hərəkəti zamanı komet və ya asteroidlərin orbit boyunca səpələdiyi toz və kiçik qaya hissəcikləri ilə qarşılaşdıqda yaranır. Atmosferə saniyədə on kilometrlərlə sürətlə daxil olan bu hissəciklər təxminən 70-100 km yüksəklikdə yanaraq işıqlı iz əmələ gətirir və xalq arasında "axan ulduz" kimi tanınan hadisəni yaradır.

α-Kaprikornid meteor axınının mənbəyi 169P/NEAT dövri kometi hesab olunur. Bu komet Günəş ətrafında təxminən 4,2 ildə bir tam dövr edir və Yupiter kometləri ailəsinə daxildir. Meteor yağışının digər maraqlı xüsusiyyətlərindən biri də aktiv kometlərlə müqayisədə nisbətən zəif qaz və toz aktivliyi nümayiş etdirməsidir. Keçmişdə orbiti boyunca buraxdığı toz hissəcikləri bu gün də Yer orbitini kəsərək hər il α-Kaprikornid meteor yağışının yaranmasına səbəb olur.

Meteor yağışını izləmək üçün teleskop və ya durbindən istifadə tələb olunmur. Ən yaxşı müşahidə şəhər işıqlarından uzaq, üfüqü açıq və qaranlıq ərazilərdə aparılır. Müşahidə zamanı baxışı birbaşa radiant nöqtəsinə deyil, ondan təxminən 30-40° kənarda yerləşən səma sahəsinə yönəltmək daha məqsədəuyğundur. Bu üsul daha çox meteor müşahidə etməyə imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 12299   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş

Mətbəxlərin əvəzedilməzi olan soyuducu maqnitləri sadəcə sadə bir bəzək əşyası hesab olunurdu. Lakin psixoloqlar bu kiçik aksesuarların arxasındakı gizli mənanı üzə çıxardılar. Mütəxəssislərə görə, soyuducu qapısı ev sahibinin qorxularını, emosional ehtiyaclarını və insan münasibətlərini əks etdirə

13 sentyabr
.

Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər

Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen

11 sentyabr
.

"Aşk-ı Memnu"nun ulduzundan pis xəbər: danışmaq və yazmaq qabiliyyətini itirdi

"Aşk-ı Memnu" serialında Arsen xanım obrazı ilə yaddaşlarda qalan tanınmış türk teatr və kino aktrisası Gülsen Tuncerin səhhəti ilə bağlı kədərli xəbər yayılıb. xarici mediaya istinadla xəbər verir ki, 81 yaşlı sənətçinin beynində 2-ci dərəcəli şiş aşkarlanıb. Xəstəliyi səbəbilə Tuncerin danışma

11 sentyabr
.

Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur

13 sentyabr
.

Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman

14 sentyabr
.

İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu

İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı

14 sentyabr
.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr
.

Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar

Alimlər doğum ayı ilə uzunömürlülük arasında maraqlı statistik əlaqə aşkarlayıblar. Araşdırmalara görə, 105 və daha çox yaşa çatan insanlar arasında dekabr ayında doğulanların sayı digər aylarda doğulanlarla müqayisədə daha çox olub. Təhlillər doğum mövsümü ilə ömür uzunluğu arasında müəyyən əlaqəni

12 sentyabr
.

Bir ev puluna bütün kəndi satın aldı

ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd

14 sentyabr