Arıqlamaq istəyən gənc qadın diş fırçasını uddu
Türkiyənin İstanbul şəhərində 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən ehtiyatsızlıqdan 13 santimetr uzunluğunda diş fırçasını udub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra vəziyyəti pisləşən qadın yaxınları tərəfindən Kanuni Sultan Süleyman Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, endoskopiya şöbəsinə yönləndirilib.
Ümumi cərrahiyyə mütəxəssisi Kubilay Özgür Öztütüncünün rəhbərlik etdiyi həkim briqadası tərəfindən həyata keçirilən təxminən 40 dəqiqəlik əməliyyat zamanı kiçik kəsik üsulu ilə qadının mədəsindəki 13 santimetrlik diş fırçası uğurla çıxarılıb.
Həkimin sözlərinə görə, əvvəlcə belə uzun diş fırçasının necə udula bilməsinə inanmayıblar. Aparılan kompüter tomoqrafiyası zamanı məlum olub ki, qadın özünü qusdurmağa çalışarkən diş fırçası təsadüfən mədəsinə keçib.
Kubilay Özgür Öztütüncü bildirib ki, yad cismin yemək borusu və ya mədəni zədələməsi riskinə görə endoskopik müdaxilə məqsədəuyğun sayılmayıb və birbaşa cərrahi əməliyyat həyata keçirilib. Qadın əməliyyatdan iki gün sonra sağlam vəziyyətdə evə buraxılıb.
Həkim vətəndaşlara bu cür hallarda özbaşına müdaxilə etməmələri və dərhal tibb müəssisəsinə müraciət etmələrinin vacibliyini də xatırladıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 480 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı
6 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabrMəşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
5 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr