İflic həyat yoldaşına görə milçəklərlə mübarizə aparan qadın yardım istədi

İflic həyat yoldaşına görə milçəklərlə mübarizə aparan qadın yardım istədiTürkiyənin Aydın vilayətinin Koçarlı rayonunda yaşayan 57 yaşlı Öznur Evren milçək və həşərat probleminin həyatlarını kabusa çevirdiyini bildirərək aidiyyəti qurumlardan ərazidə dərmanlama aparılmasını istəyib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Şenköy məhəlləsində yaşayan qadın yatağa bağlı iflic həyat yoldaşının milçəklər səbəbindən böyük əziyyət çəkdiyini bildirib. O, həyat yoldaşının rahatlığı üçün gecə-gündüz onun başında dayanaraq milçəklərdən qorumağa çalışdığını deyib.

Öznur Evrenin sözlərinə görə, 68 yaşlı həyat yoldaşı Eşref Evren 2013-cü ildə keçirdiyi insult nəticəsində hərəkət və danışıq qabiliyyətini itirib, yatağa bağlı vəziyyətə düşüb.

Qadın bildirib ki, bu il yay aylarında vəziyyət daha da çətinləşib. Evlərinin qarşısına zibil konteynerlərinin qoyulması və ərazidə dərmanlama işlərinin aparılmaması səbəbindən milçəklərin artdığını deyən Evren, həyat yoldaşının hərəkət edə bilmədiyi üçün üzərinə qonmuş həşəratları uzaqlaşdıra bilmədiyini vurğulayıb.

"Gecə-gündüz onun başında milçək növbəsi çəkirəm. Öz imkanlarımla pəncərələrə tor çəkmişəm. Aylardır bir əlimdə milçək dərmanı, digər əlimdə milçəköldürənlə mübarizə aparıram", - deyə Öznur Evren bildirib.

O, əvvəllər ərazidə mütəmadi dərmanlama aparıldığını və belə problemlə qarşılaşmadıqlarını qeyd edib. Qadın aidiyyəti qurumlardan problemin həlli üçün kömək göstərilməsini və ərazidə dərhal dezinfeksiya tədbirlərinin görülməsini xahiş edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 606   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr