Telefonunuza gizli hücum olur? - Bu cür biləcəksiniz
Müasir smartfonlarda şəxsi məlumatların böyük hissəsi saxlanıldığı üçün kibercinayətkarlar istifadəçilərin cihazlarına gizli şəkildə daxil olmağa çalışırlar. Mütəxəssislər smartfonun izlənilməsi və ya məlumatların oğurlanması ehtimalını göstərə biləcək əsas əlamətləri açıqlayıb, eyni zamanda istifadəçilərə təhlükəsizliklə bağlı vacib tövsiyələr veriblər.
Lent.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, diqqət yetirilməli ilk əlamətlərdən biri smartfonun istifadə edilmədiyi halda belə həddindən artıq isinməsidir.
Cihaz gözləmə rejimində olmasına baxmayaraq isti qalırsa, bu, arxa planda işləyən naməlum proqramların və ya şübhəli proseslərin mövcudluğundan xəbər verə bilər.
Digər mühüm əlamət batareyanın əvvəlkindən daha sürətlə boşalmasıdır. Əgər istifadə vərdişləriniz dəyişməyib, lakin telefonun enerjisi qısa müddətdə tükənməyə başlayıbsa, bunun səbəbi arxa planda fasiləsiz işləyən proqramlar ola bilər. Mütəxəssislər smartfonun qəfil yavaşımasına da diqqət yetirməyi tövsiyə edirlər. Proqramların gec açılması, sistemin donması və ya ümumi performansın zəifləməsi cihazın əlavə yüklənməsi ilə əlaqəli ola bilər.
Telefon danışıqları zamanı eşidilən kənar səslər, əks-səda və ya tez-tez yaranan maneələr də diqqətdən kənarda qalmamalıdır. Bu cür problemlər əksər hallarda mobil rabitənin keyfiyyəti ilə bağlı olsa da, bəzi hallarda üçüncü tərəf proqramlarının müdaxiləsinə işarə edə bilər.
Bundan başqa, istifadəçinin özü quraşdırmadığı naməlum tətbiqlərin telefonda görünməsi ciddi xəbərdarlıq siqnalı hesab olunur. Belə hallarda cihazdakı tətbiqlərin siyahısını yoxlamaq, tanımadığınız proqramları silmək və onların hansı icazələrə malik olduğunu nəzərdən keçirmək tövsiyə edilir.
Məlumatların təhlükəsizliyini artırmaq üçün mütəxəssislər açıq Wi-Fi şəbəkələrinə avtomatik qoşulma funksiyasını söndürməyi, tətbiqlərin kamera, mikrofon və digər məlumatlara giriş icazələrini mütəmadi yoxlamağı, əməliyyat sistemini daim yeniləməyi və bütün vacib hesablar üçün iki mərhələli identifikasiya funksiyasını aktivləşdirməyi məsləhət görürlər. Bu sadə addımlar şəxsi məlumatların icazəsiz əldə olunması riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 100 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"WhatsApp"dan YENİLİK: Sizə yazmaq istəyən əvvəlcə BUNU ETMƏLİ OLACAQA
"WhatsApp"ın istifadəçi adı (username) funksiyası platformada məxfilik anlayışını daha da gücləndirən yeniliklərdən biri olacaq". xəbər verir ki, artıq istifadəçilər telefon nömrələrini paylaşmadan yalnız istifadəçi adı vasitəsilə əlaqə yarada biləcəklər. Bu da şəxsi məlumatların qorunmas
5 iyulEvinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız
Müxtəlif xalqların mədəniyyətində maddi rifahla bağlı çoxsaylı inanclar və əlamətlər mövcuddur. Onların bir çoxunun praktik izahı da var. xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həddindən artıq əşya ilə dolu məkan insanda xaos hissi yaradır, köhnə və istifadəsiz əşyalar isə keçmiş
5 iyul55 yaşlı kişi su quyusunda ölü tapılıb
Türkiyənin Diyarbəkir vilayətinin Çermik rayonunda 55 yaşlı Cuma Aslan su quyusunda ölü vəziyyətdə aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə rayonun Akçörtən məhəlləsində qeydə alınıb. Quyuda hərəkətsiz insan görən şəxslər bu barədə təcili yardım xidmətinə məlumat veriblər. Hadisə yerin
7 iyulEvinizin səliqəsiz olmasının SƏBƏBLƏRİ
Bəzi insanların evi hər zaman səliqəli və təmiz görünür, digərlərində isə yığışdırdıqdan cəmi bir neçə saat sonra yenidən qarışıqlıq yaranır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi nə vaxt azlığı, nə də əşyaların çoxluğudur. Əsas fərq gündəlik vərdişlərdə və əşyaların necə təşkil edilməsindədir
7 iyulDünyanın ən böyük ayağına sahib qadın
ABŞ sakini Tanya Herbert dünyanın ən böyük ayağına sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun qeyri-adi bədən ölçüləri gündəlik həyatına ciddi təsir göstərir və ən böyük problemi uyğun ayaqqabı tapmaqdır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Tanya Herber
7 iyulYetişmiş qarpızı necə seçmək olar?
Yay mövsümünün sevilən meyvələrindən olan qarpızı seçərkən onun qabığındakı kiçik bir ləkə meyvənin yetişmə dərəcəsi və dadı haqqında vacib məlumat verə bilər. xarici mediaya istinadən xəbər verir ki, qarpızın qabığında görünən açıq rəngli ləkə meyvənin böyümə zamanı torpaqla təmasda olan hissəsind
5 iyulTəkcə içmək üçün deyilmiş: Araqla təmizləyə biləcəyiniz 12 gözlənilməz şey
Araq deyildikdə çoxlarının ağlına ilk növbədə içki gəlir. Ancaq məlum olub ki, yüksək spirt tərkibi sayəsində araq məişətdə təmizləyici və dezinfeksiyaedici vasitə kimi də istifadə oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, arağın tərkibindəki yüksək miqdarda spirt onu güclü dezinfeksiyaedic
6 iyul