Yayın istisində hansı qidalar yeyilməli və nələrdən uzaq durulmalıdır? - Mütəxəssis məsləhəti

Yayın istisində hansı qidalar yeyilməli və nələrdən uzaq durulmalıdır? - Mütəxəssis məsləhətiYay aylarının kəskin istisində düzgün qida seçimi bədənin termorequlyasiyasına (ətraf mühitdəki istilik dəyişikliklərinə baxmayaraq, daxili bədən hərarətini normal və sabit sərhədlərdə saxlamaq qabiliyyəti) birbaşa təsir göstərir. Bu, daxili hərarəti tənzimləməklə yanaşı, istilik hissinin qarşısını almağa da kömək edir.

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı "İzvestiya" nəşrinə açıqlama verən nutrisioloq və fizioloq Nina Duvanova bildirib ki, qidalar maddələr mübadiləsinə göstərdiyi təsirə görə şərti olaraq "isidici" və "sərinlədici" növlərə ayrılır.

Mütəxəssis qeyd edib ki, tərkibində yüksək miqdarda su olan meyvə və tərəvəzlər - xiyar, qabaq, tsukkini, brokoli, ispanaq, cəfəri, eləcə də qarpız, yemiş, armud, alma və müxtəlif giləmeyvələr bədəni sərinlətməyə kömək edir. "Onların göstərdiyi təsir kimyəvi deyil, hüceyrə səviyyəsində orqanik şəkildə baş verir", - deyə Duvanova vurğulayıb. Fizioloq, həmçinin soyuq reseptorlarını aktivləşdirən nanənin yay üçün xüsusilə faydalı olduğunu bildirib.

Ekspert diqqətə çatdırıb ki, həddindən artıq buzlu və çox soyuq içkilər bədənin daxili yüklənməsini daha da artıra bilər. Həmçinin, banan, ananas, portağal, soğan, sarımsaq, kartof, bal, balqabaq və kəskin ədviyyatlar "isidici" təsirə malik olduğundan, isti havalarda onların istehlakı məhdudlaşdırılmalıdır.

Duvanova xəbərdarlıq edib ki, hətta ən faydalı qidalar belə ölçülü qəbul olunmalıdır. Meyvə və giləmeyvələrin normadan artıq istehlakı həzm sisteminin fəaliyyətini poza və susuzlaşmaya (dehidrasiya) səbəb ola bilər. Enerji balansını qorumaq üçün yay pəhrizinə meyvə-tərəvəzlə yanaşı, mürəkkəb karbohidratlar, sağlam yağlar və zülallar da daxil edilməlidir. Qida məhsullarının düzgün uyğunlaşdırılması bədənin yüklənməsini azaldır və yüksək temperatura daha rahat dözməyə yardımçı olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 691   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr